manera.az
manera.az

Müşfiq Xandan yeni kitab - “5.45” | MANERA.AZ

📅 21.04.2016 13:09

Müşfiq Xandan yeni kitab -  “5.45” | MANERA.AZ
Yazıçı Müşfiq Xanın “5.45” adlı yeni kitabı çap olunub

MANERA.AZ xəbər verir ki, kitabın təqdimat və imza günü 23 aprel saat 12:00-də Nəsimi rayonunda yerləşən Zorge parkında keçiriləcək.

Müəllifin işıq üzü görən sayca 10-cu bədii kitabı olan “5.45”-də ayrı-ayrı zamanlarda qələmə aldığı 15 hekayəsi toplanmışdır.

Qeyd edək ki, “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” və “Milanaya məktub” detektiv romanlarından sonra “5.45” detektiv janrda olmayan ilk nəsr kitabıdır.

Yeni kitabda müəllifin müraciət etdiyi əsas mövzu müharibə və sevgi süjetləri üzərində köklənib.

Kitabın redaktoru Xanəmir Telmanoğludur.

Aysel,
MANERA.AZ


Baxış sayı - 1 992 | Yüklənmə tarixi: 21.04.2016 13:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930