manera.az
manera.az

“Sabir” Gəncədə... MANERA.AZ

📅 31.05.2016 17:31

“Sabir” Gəncədə... MANERA.AZ
Gəncə Dövlət Dram teatrının səhnəsində Şəfaət Mehdiyevin “Sabir” pyesi üzərində yaradıçılıq işi tamamlanmaq üzrədir.

Pyes böyük şairin 154 illiyi ərəfəsində onun xatirəsi üçün bir töhfədir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanır.

Gəncə Dövlət Dram teatrı bununla Şəfaət Mehdiyevin ikinci pyesinə müraciət edir. Bundan əvvəl xalq artisti, mərhum Məhəmməd Bürcəliyevin quruluşunda müəllifin “Mirzə Fətəli” pyesinə ötən 70-ci illərdə müraciət olunmuşdur.

Teatrın direktoru Əli Qasımovun MANERA.AZ-a verdiyi məlumata görə, pyesin qruluşçu rejissoru, Gəncə Dövlət Dram teatrının baş rejissoru İradə Gözəlovadır.

Tamaşanın quruluşçu rəssamı Elnur Axundov, Musiqi tərtibatı isə Tünzalə Mustafayevanındır. Onun sözlərinə görə, tamaşada xalq atisti Alim Məmmədov, əməkdar artist Faiq Qasımov, aktyorlardan Vasif İsmayılov, Yusif Cəfərov, Mətləb Təhmazi, Akif Səfərov, Elmir Məmmədov, Rauf Hüseynov, Ramil Hüseynov, Elvin Almağıyev, Murad Meyfəliyev, aktrisalardan Sevda Orucova, Sevinc Hüseynova, Aysel Şərifova, Könül Kazımova, Şəbnur Allahverdi və Zeynəb Abdullayeva çıxış edecəklər. Qeyd edək ki, tamaşa may ayının ilk ongünlüyündə teatrsevərlərə təqdim olunacaq.

Turan Etibaroğlu
Manera.az




“Sabir” Gəncədə... MANERA.AZ


Baxış sayı - 1 614 | Yüklənmə tarixi: 31.05.2016 17:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031