manera.az
manera.az

"20 ildən sonra" əsəri nümayişə hazırlanır

📅 28.06.2016 12:17

"20 ildən sonra" əsəri nümayişə hazırlanır

Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "20 ildən sonra" əsəri əsasında hazırlanan tamaşanın məşqləri gedir.

Bu barədə teatrın direktoru Əli Qasımov məlumat verib. O bildirib ki, tamaşanın premyerası sentyabrın 15-16-da olacaq.

Ə.Qasımovun sözlərinə görə, Şəfaət Mehdiyevin M.Ə.Sabirə həsr etdiyi "Sabir" əsəri əsasında teatrda hazırlanan tamaşa üzərində iş yekunlaşıb: "Sadəcə quruluşçu rejissor İradə Gözəlova Musiqili Teatrda yeni əsər səhnəyə qoyub.

Bu səbəbdən Bakıda olan rejissor Gəncəyə qayıdan kimi yeni əsərin premyerasını edəcəyik. Yəqin ki, iyunun sonunadək premyeranı keçirəcəyik."

Qeyd edək ki, Gəncə Dövlət Dram Teatrı iyulun 15-də teatr mövsümünə yekun vuracaq.



Baxış sayı - 1 213 | Yüklənmə tarixi: 28.06.2016 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031