manera.az
manera.az

Gənclər kitab oxusun deyə... - LAYİHƏ |MANERA.AZ

📅 08.09.2016 09:44

Gənclər kitab  oxusun deyə... - LAYİHƏ  |MANERA.AZ
Gəncədə “Gənclərin kitab oxumağa marağının artırılması” layihəsinin icrasına start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Gənclərin kitab oxumağa marağının artırılması” layihəsinin icrasına start verilib.

Fonddan MANERA.AZ-a bildiriblər ki, layihə çərçivəsində Gəncədə yaşayan və ya təhsil alan gənclərin ədəbiyyata marağını artırmaq üçün yerli və əcnəbi yazıçıların yeni çapdan çıxan əsərləri onlara təqdim ediləcək. Həmçinin mütaliənin faydaları haqqında gənclərin maarifləndirilməsi ilə bağlı görüşlər təşkil olunacaq.

Noyabrın 20-dək davam edəcək layihənin sonunda kitab sərgisi açılacaq.

Layihə çərçivəsində Gəncədə fəaliyyət göstərən təhsil müəssisələrində və gənclər təşkilatlarında da maarifləndirici görüşlər təşkil olunacaq.


Baxış sayı - 2 005 | Yüklənmə tarixi: 08.09.2016 09:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031