manera.az
manera.az

“Cavidlər” ayı ilə bağlı tədbirlər olacaq|MANERA.AZ

📅 10.10.2016 13:10

“Cavidlər” ayı ilə bağlı  tədbirlər olacaq|MANERA.AZ
Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi “Cavidlər” ayı münasibətilə silsilə tədbirlər təşkil edir.

Muzeydən MANERA.AZ-a bildiriblər ki, oktyabrın 13-də bu elm müəssisəsində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavid irsi: milli məfkurəmizin ideya-estetik məzmunu və ədəbi-fəlsəfi mənbəyi” mövzusunda tədbir keçiriləcək.

Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı mövzu ilə bağlı məruzə edəcək. “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər” və digər ölməz əsərlərin müəllifi olan böyük şair və dramaturq Hüseyn Cavidin ömür yolu, zəngin ədəbi irsi barədə ətraflı məlumat veriləcək.


Baxış sayı - 1 585 | Yüklənmə tarixi: 10.10.2016 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930