Ərtoğrul Cavidin xatirəsi yad edilib - MANERA.AZ
![]()
Oktyabrın 15-də istedadlı bəstəkar, Hüseyn Cavid ocağının varisi Ərtoğrul Cavidin anadan olmasının 96 illiyi münasibətilə “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyində anım tədbir keçirilib.
Birliyin sədri Sevda Cəfərova Ərtoğrul Cavidin həyat və yaradıcılığından danışıb, onun musiqi irsindən və tədqiqat obyekti olan digər araşdırmalarından söz açıb.
Tədbirdə İctimai Birliyin sədr müavini Fatma Verdiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və başqaları çıxış edərək Ərtoğrul Cavidin təkcə musiqişünas və bəstəkar deyil, həm də çox istedadlı bir tədqiqatçı olduğunu bildiriblər.
Diqqətə çatdırılıb ki, o, böyük bəstəkar Üzeyir Hacıbəylinin rəhbərliyi və tövsiyəsi ilə Azərbaycan dastanlarını, folklor nümunələrimizi toplayıb, aşıq yaradıcılığını tədqiq edib, ilk dəfə aşıq musiqisini nota köçürüb.
Bildirilib ki, Ə.Cavidin ilk böyük əsəri fortepiano üçün yazılmış "9 Lariasiya"dır. O, skripka ilə fortepiano üçün poema, roman və mahnılar bəstələyib. Böyük Vətən Müharibəsi başlayarkən "Sərhəddən məktub" simfonik balladası və marşlar yazıb, "Şeyx Sənan", "Məshəti" operaları, bir sıra kamera və instrumental əsərləri yarımçıq qalıb.
Tədbirdə Ərtoğrul Cavidin musiqiləri səsləndirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.