manera.az
manera.az

Onlar dünyanı pulsuz gəzirlər. NECƏ?...| MANERA.AZ

📅 20.09.2016 11:00

 Onlar dünyanı pulsuz gəzirlər. NECƏ?...| MANERA.AZ

Dünyanı pulsuz gəzmək istəyən Türkiyə vətəndaşları Deniz Akden və Kadır Batuhan Azərbaycana gəliblər.

Çətin və macəralarla dolu səyahətə çıxan gənclərin əsas məqsədi pulsuzluğun arzuların gerçəkləşdirilməsi üçün maneə olmadığını göstərməkdir.

Avtostopla dünya səyahətinə çıxan gənclər Gürcüstandan sonra Azərbaycanın turizm məkanları ilə tanışlığa başlayıblar.

Sentyabrın əvvəlindən ölkəmizdə olan Deniz Akden və Kadır Batuhan daha çox bölgələri gəzərək, təbiətdən zövq almağa üstünlük verirlər.

Ölkəmizdə avtostopla səyahət populyar olmasa da, pulsuz səyahətə çıxan qardaş ölkə vətəndaşlarını yolda qoymayıb köməklik etmək istəyənlərin sayı çox olur. Piyada və ya avtomobillə hərəkət edən yolçular əsasən özləri ilə daşıdıqları çadırda gecələyirlər. Amma qonaqpərvərlik göstərib evə dəvət edən yerli sakinlərə də etiraz etmirlər.

Azərbaycanın bir çox yerini, o cümlədən Qubanı gəzib-dolaşan səyyahlar yerli sakinlərin onlara münasibətindən çox razı qaldıqlarını bildiriblər.

Avqust ayında Türkiyədən səyahətə başlayan səyyahlar Azərbaycandan sonra İrana gedəcəklər. Hindistan, Çin, Yaponiya, Kanada, ABŞ səyahət edəcəkləri ölkələr sırasındadır. /Axar.az


Baxış sayı - 1 498 | Yüklənmə tarixi: 20.09.2016 11:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930