manera.az
manera.az

Səyahətə çıxmamış bunları mütləq oxuyun...|MANERA.AZ

📅 17.08.2016 09:30

Səyahətə çıxmamış bunları mütləq oxuyun...|MANERA.AZ

Səyahətinizin daha da asanlaşması və daha zövqverici olması üçün yararlana biləcəyiniz bir neçə tövsiyəni sizlərlə bölüşmək istədik:

Yanınızda az əşya götürün

Əgər həqiqətən bir səyahətçisinizsə getdiyiniz yerin hara olmasından asılı olmayaraq əl yükü ilə kifayətlənməlisiniz. Səyahətə çıxarkən yanınıza 5 cüt ayaqqabı, çoxlu paltar, ütü götürməyə nə ehtiyac var? Əl yükünə yerləşdirdiyiniz əşyaları da düzgün seçsəniz gəzintiniz sizin üçün çox zövqverici olar. Belə ki, siz az yük daşımaq, daha az növbədə gözləmək və geri qayıdarkən təəssüratlarınızın daha çox olması şansını əldə edəcəksiniz.

Sənədlərinizi unutmayın

Uzaq bir məsafəyə gedirsinizsə, özünüzü hər cür hadisə üçün hazırlamalısınız. Əvvəlcə sizə lazım olan sənədləri çantanızın etibarlı bir yerinə qoyun.

Kapişonlu geyimlər seçin

Kapişonlu geyimlərin kapişonsuz geyimlərə nisbətdə daha əlverişli olduğu bizə məlumdur. Papağınızı götürməyi unuda bilər, ya da itirə bilərsiniz. Avtobusda, təyyarədə, qatarda yuxunuz gələn zaman elektrik lampalarının verdiyi narahatlığı kapişonunuzu başınıza çəkməklə aradan qaldıra bilərsiniz.

Bir neçə kəlmə də olsa xarici dil öyrənin

“Şirin dil ilanı yuvasından çıxarar” əbəs yerə deyilmir. İnsanlar onların dilində səmimi danışmağa çalışanlara daha yaxşı davranır və kömək edirlər. Gedəcəyiniz ölkənin xalqının dilinə uyğun bir neçə cümlə öyrənsəniz daha rahat bir səyahət keçirərsiniz.

Təyyarədə vegetarian yeməklərə üstünlük verin

Uçuş zamanı mədənizdə hər hansı bir problem olmağını istəmirsinizsə, yağlı və ağır yeməklərdən çəkinin. Əgər seçmək imkanınız varsa, vegetarian yeməklərini seçin.

Paltarlarınızı rulon halında bükün

Əgər səyahət zamanı paltarlarınıza qat izlərinin düşməməsini istəyirsinizsə, paltarlarınızı rulon şəklində bükməyinizi məsləhət görürük. Beləliklə, çamadanınızda nə qədər yerin qaldığını görəcəksiniz.

Kiçik şeyləri problem etməyin


Pozitiv fikirləşin və kiçik problemləri görməzlikdən gəlin. Səyahət edərkən bəzən arzuolunmaz şeylərlə qarşılaşa bilər və sıxıla bilərsiniz. Amma maraqlı məşğuliyyətlər tapıb səyahətinizi əvəzolunmaz etmək də sizin əlinizdədir.

Röya Şahbazi


Baxış sayı - 1 679 | Yüklənmə tarixi: 17.08.2016 09:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031