manera.az
manera.az

Milli filmlər pulsuz nümayiş olunacaq MANERA.AZ

📅 07.04.2016 10:46

Milli filmlər pulsuz nümayiş olunacaq MANERA.AZ
Nizami Kino Mərkəzində aprelin 6-dan etibarən mütəmadi olaraq milli filmlərin pulsuz nümayişinə başlanıb.

Mərkəzin mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, həftə ərzində tamaşaçılara rejissorlar - Elxan Cəfərovun “Dolu”, Ceyhun Mirzəyevin “Fəryad”, Samir Kərimoğlunun “Mən evə qayıdıram” filmləri nümayiş olunacaq.

Nümayişlərin məqsədi tələbə və gənclərin yerli filmlərə marağının artırılması, onların vətənpərvərlik ruhunda yetişməsinə dəstək verilməsidir.

Filmlərin seansları haqqında informasiyanı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənmək mümkündür:
https://www.facebook.com/NizamiCinema?rf=482176415135559


Baxış sayı - 1 548 | Yüklənmə tarixi: 07.04.2016 10:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930