manera.az
manera.az

“Fikir şənbəsi” klubunda “Dərs” olub - MANERA.AZ

📅 25.12.2015 15:47

 “Fikir şənbəsi” klubunda “Dərs” olub - MANERA.AZ
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş “Dərs” filminin nümayişi olub.

MANERA.AZ xəbər verir ki, Bilik Fondunun “Fikir şənbəsi” klubunun bu növbəti tədbirində Nərmanov rayonu 207 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Fondun müxtəlif ali məktəblərin tələbələrindən ibarət könülllülər qrupu iştirak edib.

Film məktəblilərin həyatı, onların yoldaşlıq, dostluq haqqında düşüncələri ilə bağlıdır. Film boyu yeniyetmələr arasındakı münasibət, onların çətin anlarda bir-birinə dayaq durmaları, xətalarından nəticə çıxarmaları məktəblilərə mehribanlıq və humanistlik hislərini aşılayır.

“Dərs” filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, prodüseri isə Müşfiq Hətəmovdur.
 “Fikir şənbəsi” klubunda “Dərs” olub - MANERA.AZ
Filmdə Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və Bakı məktəbliləri çəkiliblər.
Nümayişindən sonra yaradıcı qrupla birgə filmin müzakirəsi keçirilib. “Fikir şənbəsi”nin qonağı olan rejissor Rafiq Əliyev filmin çəkilişindən, qarşıya çıxan çətinliklərdən, aktyorların seçimindən danışıb, ona ünvanlanan sualları cavablandırıb.


Baxış sayı - 1 918 | Yüklənmə tarixi: 25.12.2015 15:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031