manera.az
manera.az

Xeyirxah əməllər davam etdirilir...

Xeyirxah əməllər davam etdirilir...
İsmayıllı rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, Türk İşbirliyi və Koordinasiya Agentliyinin, (TİKA) Gəncliyə Yardım Fondunun maliyə dəstəyi ilə Qəbələ rayonundan olan 11, və İsmayıllı rayonundan olan 13, ümumilikdə isə 24 nəfər sağlamlıq imkanları məhdud insanlara əlil arabası təqdim olunmuşdur.[sup][/sup]

Tədbir İsmayıllı rayonunun “Günəş” istirahət Mərkəzində keçirildi. Arabalar ümumi səbəbdən əlil olan insanlara verildi.

Tədbirdə RİH başçısının müavini Sevil Əhmədova, UADM-nin direktoru Lətifə Əliyeva qonaqlardan Əhməd Teçim, Mustafa Nazım Polat çıxışlarında xüsusi qayğıya ehtiyacı olan insanlarla görülən və görülməli işlərdən danışıblar. Daha sonra əlil arabaları təqdim olunub. İsmayıllı rayon Mədəniyyət Mərkəzinin “Niyal” müsiqi kollektivi tədbirdə müsiqi proqramı ilə çıxış ediblər.

Ümumi səbəbdən birinci qurup əlil Şakir Ömərov Respublika üzrə paroimpiya yarışlarında ağır atletka üzrə III yer tutduğuna görə Fəxri fərman və İsmayıllı UADM , Gənclər və İdman idarəsi tərəfindən qiymətli hədiyyələrlə təltif olunub. Qarabağ əlili Anar Hacıyev və əlil Nicat Məmmədov onlara göstərilən qayğı və diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara minətdarlıqlarını bildiriblər. Sonda Lətifə Əliyeva İsmayıllı UADM adından tədbirin təşkilinə göstərdiyi köməyə görə “Günəş” istirahət mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Həmçinin bu çətin və savab işdə onlara dəstək olan hər bir kəsə, eləcə də Gəncliyə Yardım Fonduna təşəkkür edib.

Mustafa Haşım Polat Əlillərə peşə öyrədilməsi ilə əlaqədar İsmayıllı UADM-lə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Elnarə Günəş,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031