manera.az
manera.az

“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ

📅 16.06.2016 11:06

“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ
İsmayıllı şəhər Mədəniyyət Mərkəzinin ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rayon İcra Hakimiyyətinin birgə layihəsi olaraq “Sənətkarlıq bazarı” açılıb.

Bazar 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir. Misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar burada öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və sata biləcəklər.

“Sənətkarlıq bazarı” əsasən turizmə-turistlərə xidmət edəcək. İsmayıllı ilə tanışlıq başlanğıcını buradan götürəcək.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova bazarın açılış mərasimində çıxış zamanı Milli Qurtuluş Günü və “Sənətkarlıq bazarı”nın açılması münasibətilə toplaşanları, mədəniyyət və turizm işçilərini və bütün İsmayıllı əhalisini təbrik edib. Bildirib ki, yeni profilli bu bazar turizmin inkişafında əhəmiyyətli rol oynayacaq. Sənətkarlar məhsullarının tanıdılması və satışı üçün burada geniş imkanlar tapacaq.

Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov “Sənətkarlıq bazarı” layihəsinin mahiyyətindən danışıb. Sonda bayram konserti olub.

Elnarə Günəş,
MANERA.AZ



“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ
“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ
“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ
“Sənətkarlıq” bazarı açılıb |MANERA,AZ


Baxış sayı - 1 953 | Yüklənmə tarixi: 16.06.2016 11:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031