manera.az
manera.az

Musiqili Teatrın kollektivinin konsert proqramı MANERA.AZ

📅 28.04.2016 11:33

Musiqili Teatrın kollektivinin konsert proqramı MANERA.AZ
Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi sosial proqramlar çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib.

Teatrdan manera.az-a bildirilib ki, musiqili-əyləncəli tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Novruz Qartal, Almaz Ələsgərli, Naidə Orucova, Əkbər Əlizadə, geniş tamaşaçı kütləsinin “Keyxanım” kimi tanıdığı istedadlı aktrisa Ülviyyə Əliyeva, vokalçı artist Gülnarə Kərimbəyova və Xor və Balet truppasının üzvləri iştirak ediblər.

Konsert proqramı çərçivəsində Dövlət Musiqili Teatrının cari repertuarında olan, tamaşaçıların hər zaman sevə-sevə və böyük maraqla izlədiyi tamaşalardan parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Bu münasibətlə mərkəzin rəhbəri Rəhilə Həsrətova Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə təşəkkür məktubu yazıb.

“Sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası və onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mərkəzimizin gənclərinə öz rəngarəng çıxışları ilə gülüş bəxt etdilər, unudulmaz anlar yaşatdılar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi gənclərinin və şəxsən öz adımdan göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”, - deyə məktubda qeyd olunur.




Baxış sayı - 1 577 | Yüklənmə tarixi: 28.04.2016 11:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031