manera.az
manera.az

“Eurovision”u keçirmək üçün arenamız yoxdur”- Ukraynalı nazir

📅 30.06.2016 17:00


“Eurovision”u keçirmək üçün arenamız yoxdur”- Ukraynalı nazir

Ukraynanın mədəniyyət naziri Yevgeni Nişşuk 2017-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi üçün arenanın olmadığını bəyan edib.

Nazir kanallardan birinin efirində deyib: “Çoxlu sayda insan üçün qapalı arenanın tələblərinə cavab verən arenalarımız praktiki olaraq yoxdur”. Nazirin sözlərinə görə, “Olimpiyski” Milli İdman Kompleksi örtülü deyil və onun üstü hətta müvəqqəti örtülsə belə, oradan ağır avadanlıq asmaq mümkün olmayacaq.

Y.Nişşuk qeyd edib ki, Lvov belə bir arenanın tikintisi imkanlarını nəzərdən keçirir .

Nazir deyib: “O, (arena – AZƏRTAC) əslində hər bir şəhərə, o cümlədən, Kiyevə lazımdır. Bizim böyük forum, konqres, teatr performansı üçün münasib məkanımız yoxdur.

Y.Nişşuk qeyd edib ki, onun fikrincə, Kiyev Dnepr çayının sahillərində böyük müasir zal tikməlidir.


Baxış sayı - 1 286 | Yüklənmə tarixi: 30.06.2016 17:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031