manera.az
manera.az

BSU-da “Oxi” günü qeyd olunub | MANERA.AZ

BSU-da “Oxi” günü qeyd olunub  | MANERA.AZ



Bakı Slavyan Universitetində Yunanıstanın milli bayramlarından biri olan “Oxi” (yunancadan tərcüməsi “Yox” deməkdir) günü qeyd olunub.

MANERA.AZ xəbər verir ki, BSU-nun Müasir yunan dili və mədəniyyəti mərkəzində keçirilən mərasimdə Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas, Yunanıstan Respublikasının Azərbaycandakı Müvəqqəti İşlər vəkili və konsulu Konstantinos Adamopulos iştirak ediblər.

Səfir Dimitrios Tsounqas mərasimi təşkil etdiklərinə görə universitet rəhbərliyinə və tələbələrə təşəkkür edib. Səfir qeyd edib ki, 1940-cı il oktyabrın 28-i Yunanıstanın baş naziri İoannis Metaksas İtaliyanın təslim olmaq barədəki ultimatumuna “Yox!” (“Oxi!”) deyib və yunan xalqı azadlıq mücadiləsinə başlayıb. Həmin tarixdən etibarən Yunanıstanda (“Oxi!”) bayramı əlamətdar gün olaraq qeyd olunur.

BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında Yunanıstan və Azərbaycan arasında əlaqələrdən, tariximizdəki ortaq məqamlardan danışıb. Rektor bildirib ki, “Oxi” Azərbaycan və yunan xalqlarını birləşdirən bayramdır. Azərbaycan xalqı da tarix boyu işğalçılara “Yox” deyib, torpaqlarımızı şücaətlə qoruyub. Azərbaycanlılar İkinci Dünya müharibəsində də qəhrəmanlıqla döyüşüb. Təəssüf ki, biz müasir dövrdə də Qarabağda təcavüzə məruz qalmışıq, ərazilərimiz işğal olunub. Lakin Azərbaycan xalqı, o cümlədən gənclərimiz bu işğala qətiyyətlə “Yox!” deyir və torpaqlarımızın azad olacağı gün uzaqda deyil.

Tədbirdə “Oxi” günü haqqında video çarx nümayiş olunub. Yunanşünas tələbələr Yunanıstanın bu bayramı ilə bağlı tarixi hadisələri əks etdirən səhnəcik canlandırıb. Nümayiş qonaqların və mərasim iştirakçılarının marağına səbəb olub. Sonda səfirlik adından Yunan dili və mədəniyyəti mərkəzinə və tələbələrə hədiyyələr təqdim edilib.

MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031