manera.az
manera.az

Araz Hümbətli "Eurovision"da təmsilçimiz ola bilər _MANERA

📅 18.02.2016 16:42


Araz Hümbətli "Eurovision"da təmsilçimiz ola bilər _MANERA
Fransanın TF1 telekanalında yayımlanan "The Voice" şousundakı möhtəşəm çıxışı ilə məşhurlaşan müğənni Araz Hümbətli Azərbaycanı "Eurovision 2016" mahnı müsabiqəsində təmsil edə bilər.

Bu barədə sosial şəbəkələrdə təkliflər səsləndirilir.

Kris İsaakın "Wicked" kompozisiyası ilə fransızları heyran qoyan A.Hümbətli azvision.az-a açıqlamasında ölkəmizi "Eurovision" səhnəsində təmsil etmək istədiyini bildirib.

""Eurovision"da Azərbaycanı təmsil etmək mənim üçün şərəfdir. Əgər bununla bağlı mənə təklif gəlsə, məmnuniyyətlə qəbul edəcəyəm. Ölkəmizi dünyada tanıtmaq, bayrağımızı yüksəklərə qaldırmaq üçün əlimdən gələni etməyə hazıram".

İctimai Televiziya və Radio Yayımları şirkətinin (İTV) sözçüsü Akif Cabbarlı A.Hümbətli ilə bağlı səslənən təkliflərə münasibət bildirib. "Araz Hümbətlinin "Eurovision"da iştirak etmək şansı digər namizədlərlə bərabədir. Hər şey müsiflərdən aslıdır. Bu barədə bizə hələ müraciət daxil olmayıb. İddiaçılar məlum olandan sonra münsiflər heyəti ən uğurlu namizədi seçəcək.

Araz Hümbətli də seçim turunda iştirak edə bilər. Müsabiqəyə göndəriləcək iştirakçının adı dəqiqləşdiriləndən sonra İctimai Televiziyanın saytında məlumat yayımlanacaq", - deyə İTV rəsmisi qeyd edib.


Baxış sayı - 2 312 | Yüklənmə tarixi: 18.02.2016 16:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031