manera.az
manera.az

Bu gün Ofeliya Aslanın anım günüdür

📅 18.05.2015 21:35

Bu gün Ofeliya Aslanın anım günüdür Bu Bu gün tanınmış aktrisa, bir çox komik rolların mahir ifaçısı Ofeliya Aslanın anım günüdür.

Qeyd edək ki, Ofeliya Aslan 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib. 1963-cü ildən Musiqili Komediya Teatrında əvvəl xor artisti, sonra isə aktrisa işləyib. Uzun müddət fasilədən sonra 1997–ci ildən yenidən teatra qayıdıb və aktrisa kimi fəaliyyətini davam etdirib. İlk rolu "Durna" komediyasında Lalə obrazı olub. Getdikcə püxtələşən aktrisa "Beşmanatlıq gəlin"də Gülnaz, "Arşın mal alan"da Telli, "Hicran"da Çarleston, "Axırı yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları bacarıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb. Keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. Moskvanın Operetta teatrında tamaşaya qoyulmuş R.Hacıyevin "Mama, ya jenyus" əsərində Bibixanım rolunu oynayıb. 47 illik səhnə fəaliyyətinə baxmayaraq aktrisaya heç bir fəxri ad verilməyib.

2010-cu il mayın 18-i Bakıda vəfat edib.

Manera.az


Baxış sayı - 1 974 | Yüklənmə tarixi: 18.05.2015 21:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930