manera.az
manera.az

Estetika haqda düşüncələr... - MANERA.AZ

Estetika haqda düşüncələr... - MANERA.AZ
Hər birimiz gözəlliyi tam olaraq öz təbiətimizə uyğun şəkildə başa düşürük. Buna görə də gözəl, sadə, eyni halda mürəkkəb sözü vahid adlandırmaq olar. İnsan fitrəti pak, ilahi fitrət, Allah və həqiqət sorağında olduğu üçün qeyri-iradi olaraq gözəllik anlayışı Allah-taala ilə sıx bağlanır. Bütün varlıqları gözəllik təsiri altına salan əbədi, əzəli anlayışdır. Bu növ gözəllik mütləq gözəllikdir və hamı onu yekdilliklə qəbul edir. Yəni bütün gözəlliklərin fövqündə duran yeganə, vahid gözəlin gözəlliyi.

Digər tərəfdən incəsənət həmin gözəllikləri göstərmək üçün bir vasitədir.

İnsanlar bəzən gözəlliklərə öz yanaşmaları ilə baxırlar. Əslində bu doğru və həyatın qanunauyğunluğudur. Nə qədər təbiətdəki gözəlliklərin fərqində olub da daha sonra bu barədə nə isə münasibət bildirsək, əlimizdə olan bütün gözəlliklərin qədrini bir o qədər yaxşı bilərik.

Gözəllik nədir? Bu, incəsənət fəlsəfəsinin başlıca məsələlərindəndir. İlk olaraq gözəllik həm konkret, həm də mücərrəd anlayışdır. Çünki dünyada olan ən gözəl varlıqlar elə gözlə görünməyən, müqəddəs varlıqlardır. Lakin onun gözlə görünən digər tərəfi isə Uca yaradanın bizlərə bəxş etdiyi ucsuz bucaqsız ana təbiət, kainatdır. konkret gözəlliyin təbliğ olunmasında incəsənətin əvəzsiz rolu vardır. Çünki bəzən bir insan ətrafındakı gözəlliklərin bir o qədər də fərqində olmur, lakin həmin mənzərəni bir rəssamın təsvir etdiyi əsərdə heyrətlə seyr edir. Hətta rəsmdəki təbiətin ecazkar olduğunu da həmin anda hiss edir. Sözümün əvvəlində qeyd etdiyim kimi əgər biz hər birimiz həyata, təbiətə olduğu kimi baxsaq o zaman dünyanın nə qədər gözəl və ecazkar olduğunu təsdiq edərik. Digər tərəfdən maddi gözəlliklərinin rəsmlər, mahnılar, şeirlər. tamaşalar şəklində təqdim olunması özü böyük bir estetik mədəniyyətdir. Məktəblilərdə estetik mədəniyyəti inkişaf etdirmək, gücləndirmək hər bir müəllimin borcudur. Mən də öz sahəmdə hər zaman buna nail olmağa çalışmışam.

Nə gözəldir? Allah və onun yaratdığı hər şey gözəldir. Sadəcə bu gözəllikləri duymaq və canlandırmaq gərəkdir. Lakin incəsənət daim müxtəlif mistik, fəlsəfi nəzəriyyələrdən təsirləndiyi üçün onun dəqiq tərifi bu fikir ayrılıqlarına nəzərən mümkün olmamışdır. Gözəlliyin tərifinin çətinliyi bundadır ki, onun xüsusi bir özəlliyi yoxdur. O, zövqlərə, səliqələrə tabedir. Onun müəyyənləşdirilməsi meyarları çox fərqlidir. İnsan bəzən özü də gözəlliyin yaranmasına səbəb ola bilər. Belə ki, hələ kiçik yaşlarından ailələrdə valideynlər uşaqlara estetikanı təbliğ etməlidirlər. Nəzarətdə saxlamaq gərəkdir ki, onlar öz düşüncələrini saf, nitqini rəvan, geyimlərini səliqəli, əllərini təmiz saxlasınlar. Bu həm bizim övladlarımızın gələcəkdə gigyenik cəhətdən sağlam olmasına, həmçinin də bir şəxsiyyət kimi formalaşmasına səbəb olacaqdır. Səliqəli olmaq özü bir estetikadır. Digər tərəfdən gözəllik yalnız zahiri görkəmlə deyil həmçinin insanın davranışları ilə də ölçülür. Bir insan o qədər gözəl davranış qaydalarına malik olar ki, digərlərinə onu yalnız nümunə kimi göstərmək olar. Bu gün estetikanın qayğısına qalmaq, gözəlliklərə xüsusi dəyər vermək sabahkı yüksək mədəniyyətə, yüksək əxlaqa, bədii zövqə zəmin yaradır.

Bir sözlə sağlam və sivil gələcəyimizi təmin etmiş olarıq.

Mirhəsənli Mehriban,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031