manera.az
manera.az

Əsl kişilərin qulağından uzaq... _MANERA

Əsl kişilərin qulağından uzaq...  _MANERA
Mən etiraf edirəm ki, gözəl qadınlara baxıram....

Qadın gülürsə, bu işsiz mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək.
Hüseyn Cavid


Gözəllik adamı maqnit kimi çəkir. Bu maqnit adamı hərdən göylərə qaldırıb uçurur, hərdən də o göylərdən yerə elə vurur ki, sınıq-sınıq olursan. Sonra yeni gözəllik axtarışı başlayır, sonra yenisi, sonra da yenə yenisi, başqası, başqası...

Heç təsəvvür edirsiniz ki, dünyada nə qədər insan gözəllik axtarışındadır? Təsəvvür edə bilməzsiniz... Çünki dünyanın başı gözəllik axtarmaqdan xarab olub...

Mən etiraf edirəm ki, gözəl qadınlara baxıram. Sevgilim də bunu bilir və “isterika” ilə, “şaxsey-vaxsey”lə qarşılamır (“həyat yoldaşı” yazmaqdan vazkeçmişəm. “Həyat yoldaşı” ifadəsi mənə çərçivəyə salınmış köhnə şəkli xatırladır). Bəli, gözəl qadınlara baxıram, intəhası, “sulanmıram”. Bəziləri kimi arxalarınca ağzıma gələni danışmıram. Baxıram və görürəm... Bitdi... Dünyada hələ heç bir qadına xeyirxah kişi baxışlarından ziyan gəlməyib. Söhbət normal qadından gedir. “Tükəzban”ların qulağından uzaq...

Yaxşı yadıma gəlir, bir dəfə bir xanım həmkarımdan soruşdum ki, gözəl qadın görəndə baxırsan? Cavab verdi ki, əlbəttə, baxıram, heç gözələ baxmamaq olar? Mən də məntiqlə, əslində isə bəraət qazandırmaq şəklində dedim ki, siz qadın ola-ola gözəl qadına baxırsınız, bəs biz əks cins olaraq gözəl qadına necə baxmayaq? O, güldü və haqlı olduğumu etiraf etdi. Bu isə ancaq ağıllı qadınlara xas olan etiraf idi. Çünki belə şeyləri etiraf etmək axmaq qadınların bacarmadığı şeydir. Axmaq qadınların qulağından uzaq...

Ancaq burada bir iş də var ki, görmək və baxmaq ayrı, sulanmaq və zillənmək, təpədən-dırnağa qədər süzmək və bu azmış kimi, üstəlik, heyvan səsi çıxarmaq ayrı... Atam balası, şəhərdə xanımlarımızı rəsmən “skan edirlər”. Əvvəl elə bilirdim ki, hər şey geyimdən-keçimdən asılıdır. Lüt gəzirlər, bunlar da dayana bilmir. Hələ də bizdə intim həyatın səviyyəsizliyini və kasadlığını, əhalinin seks məlumatsızlığını nəzərə alsaq... Düşünürdüm ki, “qızmışların” təxribatlarına dözməyib, təbiətlərinə hakim ola bilməyib belə edirlər, zillənirlər, süzürlər, heyvanlaşırlar. Ay-hay!.. Yox, e, yox... Fərqi yoxdur xanım nə geyinib, bunlar zillənirlər ki, zillənirlər...
Razıyam, çox şey nisbidir və bəlkə mənim “gözələ baxarlar da” ifadəmlə bərəat axtarmağım da , gözəl xanımlara baxmağım da nisbidir və kimsə bunu anlamır. Amma sağlam düşüncə və məntiq də var axı. Qadınlara baxanda (adam kimi baxanda) onların bundan özlərini yaxşı hiss etmələri, onlara diqqət göstəriləndə əhvallarının yaxşılaşması haqda yazmıram. Bilən bilir də...

Qadınlar onlara heyranlıq edən kişiləri sevirlər, heyvanlıq edən kişiləri yox!

Həm də əminəm ki, qadın ona zillənənlərdən, heyvan kimi səs çıxaranlardan xoşhallanmır, burada xoş nə ola bilər ki? Qadın kişi diqqətini, öz gözəlliyinin diqqət mərkəzində olmasını sevir. Amma bunlar özlərini kişi kimi aparmır axı. Kişi qadına baxma və tərif demə təhərini bilər, elə edər ki, nə şiş yanar, nə kabab... Daha şəhərin ortasında ağzının suyunu asfalta tökməz ki...
Həm biz kişilər gözəllərə baxırıq, kimə gəldi yox axı...
Bəs bunlar?

Açıq geyimliləri süzürlər.
Qapalı geyimliləri süzürlər.
Uşaqları süzürlər.
Cavanları süzürlər.
Qocaları süzürlər...

Hərdən mənə elə gəlir ki, bunların qabağından qəbirdən çıxmış qadın meyidi də keçsə, ona da zillənib baxacaqlar...
Mən kişi dedim? Əsl kişilərin qulağından uzaq...

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728