manera.az
manera.az

Eyyubun 50 yaşı...

Eyyubun 50 yaşı...
Eyyub, 50 yaşın olduğunu eşidəndə, daha doğrusu bu mənə deyiləndə, vərdiş üzrə və “təbrik janrının” tələblərinə uyğun xoş sözlər deməliydim, uzun ömr, can sağlığı, yeni yaradıcılıq uğurları arzulamalıydım ki, bütün bunları elədim telefon söhbətimizdə . Amma qəribə, xoş bir çaşqınlıq içindəydim. Demək, sənin 50 yaşın oldu. İnanmaq çətindi. Uşaq ikən, yanmızda bir adamın 30, 35 yaşı olduğu deyiləndə, həmin adamın çox qoca, həmin 30-35 ilin isə az qala əsrlərin həmyaşıdı olduğunu düşünərdik. İndi mənim mənim çaşqınlığımı doğuran bir səbəb həmin uşağın hələ də içimdə gizlənməsi idisə, başqa tərəfdən və nə qədər ziddiyyətli görünsə də bir az fərqlə elə mənim özümün 50 həndəvərində olmağım və dolayısı ilə məhz öz “qocalığımı” boynuma almamaq istəyi idi. Amma daha vacib bir səbəb vardı. Görünür, sənə- undulmaz və həmişəcavan Mikayıl Müşfiqin şah əsərlərinə- «Yenə o bağ olaydı», «Küləklər» və «Ana»ya bəstələnmiş mahnıların özünəməxsus ifaçısına 50 yaş vermək bir az da Müşfiqi qocaltmaq kimi görünürdü mənə.

Əziz dostum!
Rusların bir «neprinujdyonnost» kəlməsi yadıma düşür. Sənin ifanda məhz bu var. Peşəkarlıq, ustalıqla yanaşı sadəlik, səhnədə özünü vacib görüntü vermək və hansısa qəlibə girmək yox, məhz insan qalaraq oxumaq var. Bu səni son 20 ildəki milli musiqi- ifaçılıq tariximizdə bənzərsiz edir.
Və bir də, sən şəxsən mənim ünsiyyətdə olduğum müğənnilərimiz, xanəndələrimiz, ifaçılarımız arasında həm milli poeziyamız, həm dünya şeiri haqda rahatlıqla, həqiqi tərəfmüqabili kimi söhbət edə biləcəyim azsaylı erudisiyalı, dərin hisslər və düşüncələr sahibi adamlardan birisən. Səninlə Nəsimi və Cavid, Müşfiq, Eliot və Ritsos haqqında danışmaq, bölüşmək olduqca maraqlı, bəzən isə öyrədicidir.
Hələ başlıca mövzusu dinlər, gözəllik, sevgi, xoşbəxtlik, Allah olan uzun söhbətlərimizdən danışmıram.
Əziz dostum, səni ürəkdən təbrik edirəm!
Hərçənd 50 yaşın olduğuna heç vaxt inanmayacam.

Səlim Babullaoğlu
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031