manera.az
manera.az

Bu virtual mağaza baxışla idarə olunur MANERA.AZ

Bu  virtual mağaza baxışla idarə olunur MANERA.AZ

ABŞ-ın “eBay” şirkəti ilk virtual reallıq mağazasını istifadəyə verib.


Layihə Avstraliyanın “Myer” pərakəndə satış şirkəti ilə birgə həyata keçirilib.

Virtual mağazaya virtual eynəklər vasitəsilə daxil olmağa imkan verən “eBay Virtual Reality Department Store” proqramı “Android” və “iOS” əməliyyat sistemləri ilə işləyən qurğular üçün nəzərdə tutulub. Xüsusi qurğuları olmayan alıcılar üçün “Myer” və “eBay” 20 min ödənişsiz “Google Cardboard” virtual reallıq eynəyini təqdim edir.

Həmçinin virtual alış-veriş üçün istifadəçiyə hərəkətlərini baxışla idarə etməyə imkan verən xüsusi “eBay Sight Search” texnologiyası hazırlanıb. Müəyyən əşyanı seçmək üçün ona bir neçə saniyə diqqətlə baxmaq tələb olunur.

Mütəxəssislərin sözlərinə görə, alqoritm gələcəkdə alıcılara onların əvvəlki alış-verişlərinə əsaslanaraq məhsullar təklif edəcək.

Hazırda “3D” formatında yalnız 100 ən populyar məhsula baxmaq olar. Daha 12,5 min əşya ilə “2D” formatında tanış olmaq mümkündür.

Qeyd edək ki, “eBay” internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. “eBay”, həmçinin “PayPal” və “ebay Enterprise” şirkətlərinin sahibidir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31