manera.az
manera.az

İnternet istifadəçilərinə xəbərdarlıq

📅 25.03.2015 23:49

İnternet istifadəçilərinə xəbərdarlıq
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Android" və "iOS" əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğuların istifadəçilərinə müvəqqəti olaraq yüklənmiş brauzerlərdən imtina etməyi tövsiyə edir.

Buna səbəb FREAK (Factoring attack on RSA-EXPORT Keys) adlanan boşluğun yaranması və onun "Safari" və inteqrasiya edilmiş "Android" brauzerindən istifadə edən bütün qurğulara yayılmasıdır. FREAK-hücum istifadəçinin dağıdılmış saytına daxil olmuş şəxsin məlumatlarının oğurlanması üçün istifadə edilə bilər.

"Apple" və "Googlе" artıq boşluğun aradan qaldırılması üzərində işləyir, "iOS" və "Android"in də yaxın vaxtlarda bu boşluqdan çıxması gözlənilir.

Bunadək "Android" istifadəçilərinə müəyyən vaxtlıq daxili brauzerdən imtina edib "Google Chrome" və ya digər kənar brauzerdən istifadə etməyi tövsiyə edilib. "iOS" istifadəçiləri isə "Apple"dan olan yenilənmələri gözləməlidir.


Baxış sayı - 1 879 | Yüklənmə tarixi: 25.03.2015 23:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031