manera.az
manera.az

Rusiyalı professor: "Azərbaycana aid tarixi faktlar saxtalaşdırılır" MANERA.AZ

Rusiyalı professor: "Azərbaycana aid tarixi faktlar saxtalaşdırılır" MANERA.AZ
Bakı Slavyan Universitetində Rusiya Federasiyasının B.Yeltsin adına Ural Federal Universitetinin kafedra müdiri, professor Aleksandr Nesterov “Tarixi siyasət” mövzusunda mühazirə oxuyub

BSU-dan MANERA.AZ-a bildiriblər ki, mühazirədə universitetin müəllimləri və tələbələr iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Asif Hacıyev A.Nesterovun Ural Federal Universitetində azərbaycanşünaslıq üzrə elmi araşdırmalara və azərbaycanşünaslığın tədrisinə, bu sahədə azərbaycanlı və rusiyalı gənc tədqiqatçıların elmi işlərinə rəhbərlik etdiyini diqqətə çatdırıb. Rektor BSU-nun bu universitetlə bir sıra müştərək layihələr həyata keçirdiyini məmnunluqda qeyd edib.

Görkəmli tarixçi alim mühazirəsində bildirib ki, tarix qədim zamanlardan siyasi məqsədlər, dövlətlərarası məsələlərin həlli, ərazi iddiaları, tarixi şəxsiyyətlərin və mədəniyyət abidələrinin milli mənsubluğu barədə iddiaları əsaslandırmaq üçün istifadə olunub. Bütün bunlar çox vaxt tarixi faktların saxtalaşdırılmasına gətirib çıxarıb. Hazırkı dövrdə də tarixdən müəyyən siyasi, ərazi iddialarını təmin etmək üçün qərəzli şəkildə istifadə olunur. Bu cür tarixi falsifikasiyanın bariz nümunəsi kimi professor A.Nesterov Azərbaycana dair həqiqətlərin ermənilər tərəfindən geniş şəkildə saxtalaşdırılmasını göstərib. Rusiyalı alim bildirib ki, Qarabağ, o cümlədən Azərbaycanın digər əzəli ərazilərinə dair ermənilərin yürütdüyü torpaq iddiaları tamamilə əsassızdır. Qeyd edilib ki, ermənilər azərbaycanlılara qarşı öz əsassız ərazi iddialarını əsaslandırmaq üçün real həqiqətlərin üstündən keçir, Azərbaycana aid tarixi faktları saxtalaşdırırlar. Tarixi Azərbaycan torpaqlarında yerləşən və azərbaycanlılara məxsus qədim abidələri öz adlarına çıxır, tarixdə olmayan faktlar uydurur, gerçəklik barədə susur, tarixə süni əlavələr edirlər. Ermənilər bu gün də tarixi faktlar və müasir proseslər barədə beynəlxalq aləmdə yalan məlumat yaymaqda davam edirlər.

A.Nesterovun sözlərinə görə, tarixi həqiqətlərin bu cür saxtalaşdırılmasının qarşısını almaq üçün mübarizə aparılmalıdır. Azərbaycanlı mütəxəssislərin və obyektiv elmi mövqedə olan xarici alimlərin müştərək tədqiqatlar aparmasının vacibliyini vurğulayan rusiyalı alim Ural Federal Universiteti ilə BSU alimlərinin bu istiqamətdə apardıqları birgə tədqiqatları elmi əməkdaşlığın uğurlu nümunəsi kimi səciyyələndirib.

Sonda müəllim və tələbələrin suallarını cavablandıran qonaq universitet kollektivinə uğurlar arzulayıb, konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031