manera.az
manera.az

Rusiyalı alim miqrant böhranından danışıb|MANERA.AZ

📅 26.04.2016 11:18


Rusiyalı alim  miqrant böhranından danışıb|MANERA.AZ
Rusiyalı professor Aleksandr Gennadiyeviç Nesterov tələbələrə “Müasir dövrdə Avropa Birliyində vəziyyət” mövzusunda seminar keçib

MANERA.AZ xəbər verir ki, seminar Bakı Slavyan Universitetində baş tutub.

Seminarda professor müasir dövrdə Avropa Birliyində gedən proseslər, o cümlədən miqrant böhranı barədə söhbət açıb.

Bildirilib ki, Avropaya miqrant axınının artmasının başlıca səbəbləri Yaxın Şərqdə baş verən münaqişələrdir. A. Nesterov qeyd edib ki, miqrant axını ilə bağlı Avropa Birliyində yaranmış indiki böhranlı vəziyyət Avropa İttifaqının əsasında dayanan Avropa identikliyi və Avropa sivilizasiyası ideyasını çox ciddi şəkildə zədələyir.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, A. Nesterov seminar iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, rəhbərlik etdiyi Azərbaycan Araşdırmaları Mərkəzinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının fəaliyyəti haqqında məlumat verib.

Professor qeyd edib ki, Mərkəzin fəaliyyət göstərdiyi müddətdə Rusiyalı tələbələri Azərbaycanın tarixi, dili, siyasəti, mədəniyyəti, iqtisadi yüksəlişi və s. haqqında vacib biliklər əldə ediblər.

A. Nesterov həmçinin bildirib ki, bu ildən Ural Federal Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edilir və bu mövzudakı mühazirələr tələbələr tərəfindən maraqla dinlənilir.

MANERA.AZ




Baxış sayı - 1 608 | Yüklənmə tarixi: 26.04.2016 11:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031