manera.az
manera.az

Rektorların görüşü olub| MANERA

Rektorların  görüşü olub| MANERA

MANERA.AZ xəbər veri ki, Bakı Slavyan Universitetinin rektoru, prof. Asif Hacıyev Ukraynanın Boqdan Xmelniçski adına Çerkas Milli Universitetinin rektoru, prof. Aleksandr Çerevkonı qəbul edib.

Görüş zamanı Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi və fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Rektor bildirib ki, BSU dünyanın bir sıra nüfuzlu universitetləri ilə əməkdaşlıq edir, birgə elmi konfranslar, ixtisasartırma kursları, tələbə mübadiləsi həyata keçirir. BSU tərəfindən müxtəlif universitetlərdə Azərbaycan tədris və mədəniyyət mərkəzləri yaradılıb.

Asif Hacıyev xüsusən vurğulayıb ki, Bakı Slavyan Universitetinin Çerkas Milli Universiteti ilə sıx əməkdaşlığı mövcuddur. Belə ki, BSU-nun ukraynaşünas tələbələri ənənəvi olaraq həmin universitetdə dil təcrübəsi keçirlər. Rektor BSU-nun təşkilatçılığı ilə Çerkas Milli Universitetində də Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini irəli sürüb.

Bakı Slavyan Universitetində olmaqdan məmnunluğunu dilə gətirən professor Aleksandr Çerevko bu universitetlə əlaqələri genişləndirməyin hər iki tərəf üçün əhəmiyyətli olacağını bildirib. Çerkas Milli Universitetinin fəaliyyətindən danışan qonaq qeyd edib ki, bir sıra ixtisaslarla yanaşı universitetdə rus, ingilis, polyak, alman dilləri də tədris edilir, çin və fransız dilləri üzrə tərcüməçilər hazırlanır. A. Çerevko BSU-da Ukrayna tədris və mədəniyyət mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək bu mərkəzin nəzdində fəaliyyət göstərən Ukrayna bazar günü məktəbinin əhəmiyyətini vurğulayıb. Çerkas Milli Universitetində Azərbaycan tədris və mədəniyyət mərkəzinin yaradılması təklifini müsbət qarşılayıb.
Rektorların  görüşü olub| MANERA

Sonra Aleksandr Çerevko BSU-nun Ukrayna tədris və mədəniyyət mərkəzində ukraynaşünas tələbələrlə görüşüb, azərbaycanlı gənclərin Ukrayna dilini mükəmməl mənimsəməsinin təqdirəlayiq olduğunu bildirib. Rektor tələbələrin Çerkas Milli Universitetində magistratura təhsili almaları üçün lazımi dəstək gösətərəcəyini deyib.

Görüş çərçivəsində BSU və Çerkas Milli Universiteti arasında yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə iki tərəf arasında tələbə və müəllim mübadiləsi, müştərək elmi layihələr və digər məsələlər nəzərdə tutulur.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031