manera.az
manera.az

Çexov - "Yazıçı" - (TƏRCÜMƏ)

Çexov - "Yazıçı" - (TƏRCÜMƏ)

ANTON PAVLOVİÇ ÇEXOV
"YAZIÇI"
(hekayə)


Tacir Yerşakovun çay dükanına bitişik olan otaqda, hündür yazı masasının arxasında elə Yerşakovun özü əyləşmişdi. O, cavan, dəblə, lakin əzik-üzük geyinmiş və öz dövründə xeyli coşğun, gurultulu ömür yaşamışdı. Səliqəsiz xətti, qeyri-adi saç kəsimi onun Avropa mədəniyyətinə nabələd olmadığından xəbər verirdi. Lakin dükandan ora daxil olan oğlanın məlumatından sonra onun daxili mədəniyyəti daha çox üzə vurdu.
- Yazıçı gəldi!
- Aa!.. Çağır onu bura. De ki, qaloşlarını dükanda qoyub gəlsin. Bir dəqiqədən sonra otağa sakitcə köhnnə narıncı rəngli paltoda, qırmızı, don vurmuş, zəif və özünə inamsız bənizi olan seyrək ağ saçlı qoca daxil oldu. Bu cür adamlar adətən az da olsa, hər gün içki içən adamlardılar.
- Buyurun... - Yerşakov heç bu adamın üzünə baxmadan söylədi: - Cənab Heynim, təzə nə xəbər var?
- Sifarişinizi gətirmişəm, - Heynim cavab verdi. - Hazırdır artıq...
- Belə tez?
- Zaxar Semyonıç, üç günə nəyinki reklam, hətta roman da yazmaq olar. Reklam üçün bir saat da yetərlidir.
- Hə... Amma qiymət danışanda sanki bir illik iş götürüsənmiş kimi danışırsan. Göstərin görüm nə yazmısız.
Heynim cibindən bir neçə əzik, karandaşla yazıb doldurulmuş vərəq çıxardıb yazı mazasına yaxışlaşdı.
- Mən sizinçün oxuyum. Siz diqqətlə dinləyin, məğzinə fikir verin. Əgər səhv tutsaz deyin. Səhv etmək müdriklik deyil, Zaxar Semyonıç... Siz inanırsız? Üç dükana birdən reklam yazmışam. Şekspir də olsa başı gicəllənərdi.
Heynim eynəyini taxdı, qaşlarını yuxarı qaldıraraq kədərli v bir az da tənrtənəli səslə oxumağa başladı:
- "1885-86-cı il mövsümü. Avropa Rusiyası və Asiya Rusiyasının bütün şəhərlərinə Çin çaylarıyla təchiz edən Z.S.Yerşakov. Firma 1804-cü ildən fəaliyyət göstərir". Bu giriş ornamentlər, başa düşdüyünüz kimi gerblərin ortasında olacaq. Mən bir tacir üçün reklam yazmışdım o, reklam üçün ayrı-ayrı iki şəhərin gerbini götürmüşdü. Siz də belə edə bilərsiniz. Mən sizinçün bu cür ornament fikirləşmişəm: ağzında lira olan şir. Hə, sonra: "Alıcılarımıza iki kəlmə: Hörmətli cənablar! Nə son dövrlərin siyasi olayları, nə laqeydsizlik, nə də son günlərə qədər ən yaxşı mətbuat nümayəndələrinin də işıqlandırdığı Volqanın dayazlaşmağı xəbəri bizi çəkindirmir. Firmamızın uzun illər fəaliyyət göstərməsi və bizim qazandığımız rəğbət bizə əsas verir ki, biz öz yerimizdə möhkəm olaq, çay plantasiyalarının sahibləriylə işimizdə sadiq qaldığımız kimi, sifarişlərin də vicdanla, vaxtında yerinə yetirilməsi də qurulmuş sistemə xələf çıxmadan edək. Bizim devizimiz çox məşhurdur. O, az lakin çox dərin mənası olan sözlərlə ifadə olunub: vicdanlı, ucuz və tez!!!"
- Yaxşı! Lap yaxşı! - Yerşakov stulda yellənərək yazıçının sözünü kəsdi. - Düzü, bu qədər yaxşı yazacağınızı gözləmirdim. Əziz dostum, bilirsiz, gərək burda nəsə bir kölgə yaratmaq, nəsə bir fokus etmək lazımdı. Elan edirik ki, firma 1885-ci ilin ilk yığım, təzə yaz çayı əldə edib...Eləmi? Lskin bununla yanaşı biz bilidrməliyik ki, bu indicə əldə etciyimiz çay artıq üç ildir ki, bizim anbarımızdadır və guya ki, biz onu Çindən hələ ötən həftə almışıq.
- Başa düşdüm... Camaat heç sözlərin bir-birinə zidd olduğunu anlamayacaq da... Elanın əvvəlində biz yazacağıq ki, çay indicə alınıb, sonunda isə belə deyəcəyik: "Ödənişi əvvəlki rüsumla olan böyük həcmdə ehtiyat çayımız var. Biz öz mənafeyimizə ziyanlıq etmədən malları köhnə qiymət siyahısına uyğun sata bilərik... və s. " O biri səhifədə isə malların qiymət siyahısı olacaq. Burda yenə də gerb və ornamentlər öz əksini tapacaq... Onun altında isə böyük şriftlərlə yazılacaq: "Seçmə, ilk yığım, yenicə əldə edilmiş plantasiyalardan alınmış yaz çaylarından ətirli, fuçan, kyaxtin, məxməri kimi növlərin qiymət siyahısı"... Sonra: "Əsl həvəskarların diqqətinə lyansin çaylarını yetiririk. Gül çaylarından qiyməti 2 rubl olan "Boqdixan qızılgülü"nü və ya 1,80 rubl olan "Çinli qızın gözləri"ni məsləhət görürük. Ardınca qiymət endirii və mükafat barəsində yazırıq: "Bizim bir çox rəqiblərimiz özlərinə müştəri cəlb etmək üçün yalandan mükafat söz verirlər. Hər kim bizdən 50 rublluq məhsul alsa, bu beş əşyadan birini hədiyyə ala bilər: Britaniya metalından hazırlanmış çaydan, yüz vizit kartı, Moskva şəhərinin planı, çinli qız formasında olan çayrız və "Bəy təəccüblənib və ya təknə altında gəlin" kitabı".
Oxuyub bitirdikdən sonra Heynim reklamı səliqəli bir kağıza köşürüb Yerşakova verdi. Bundan sonra sakitlik çökdü... Sanki hər ikisi də bir pis iş tutmuş kimi özünü narahat hiss elədi.
- İşimin əvəzində pulumu indi almağıma əmr verəcəksiniz, yoxsa sonraya qalsın? - Geynim qətiyyətsiz şəkildə sual etdi.
- Nə vaxt istəsəniz, lap istəsəz indi... - Yerşakov saymazyana cavab verdi. -Get dükandan 5 əlli qəpiklik dəyərində nə istəsən götür.
- Zaxar Semyonıç, mənə ödənişi pulla etsəniz yaxşı olar.
- Məndə pulla ödəniş etmək dəbi yoxdur. Hamıya ödənişi ya çayla, ya da şəkərlər edirəm: sizə də, başçıları olduğum müğənnilərə də, süpürgəçilərə də. Az içmək lazımdı.
- Zaxar Semyonıç, məgər mənim işimi küçə süpürənlər, müğənnilərlər eynidir? Mənim işim əqli zəhmətdir.
- Nə zəhmət! Oturub yazmısan, vəssalam. Yazı işini yemək olmur, içmək olmur... Əhəmiyyətsiz bir işdir! Bir rubla da dəymir!
- Hm... Siz yazı barəsində necə də pis düşünürsünüz... - Heynim incidi. - Yeməzsən, içməzsənş Sizi anlamırsınız ki, bunu yazanda mənim ruhum əzab çəkib. Yazırsan və anlayırsan ki, bütün Rusiyanı aldadırsan. Pul verin, Zaxar Semyonıç!
- Ay qardaş, zəhləmi tökdün. Adam bu cür yağışmaq, əl çəkməmək yaxşı iş deyil.
- Yaxşı, olsun. Onda mən pulumun əvəzini şəkər tozu ilə götürəcəyəm. Elə sizin qoçaqlar onu məndən bir funtunu səkkiz qəpikdən alacaqlar. Bu işdə uzaq başı qəpik uduzaram. Neynək. Başqa əlacım yoxdur. Salamat qalın!
Heynim qapıdan çıxarkən dönüb ah çəkdi və qüssəli bir səslə dedi:
-Rusiyanı aldadıram! Bütün Rusiyanı! Ana vətənimi bir parça çörəkdən ötrü aldadıram! Eh!
Çıxdı otaqdan. Yerşakov havanna çəkdi. Və otağı daha çox mədəniyyət ətri bürüdüş

Rus dilindən tərcümə etdi: Xanım AydınБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI