manera.az
manera.az

Nobel mükafatını almağın yolları –MANERA

Nobel mükafatını almağın yolları –MANERA
Tural Sahab


Bu sual üzərində ciddi- ciddi düşünməliyik. Axı niyə bizim dünya şöhrətli bir yazıçımız yoxdu, niyə biz Nobel ala bilmirik?

İndi deyəcəklər ki, Çingiz Abdullayev bizim dünya şöhrətli yazarımızdır. Ancaq mən bu fikri qətiyyən qəbul etmirəm. Böyük yazar ola bilər, ancaq dünya klassikləri ilə bir sırada dayanacaq qədər deyil. Tariximizdə Nizami, Füzuli, Nəsimi var. Amma bizim dünyada tanınan bir nasirimiz olmayıb və Nobel ala bilməmişik.Təbii ki, bunun müxtəlif səbəbləri var. Bildiyimiz kimi, dünya şöhrətli alım Tolstoy kimi bir yazara da bu mükafat verilməyib. Bu da o mükafatın arxasında başqa səbəblərin dayandığını göstərir.


Ancaq mən normal şərtlər daxilində biz niyə Nobel ala bilmirik?

Bu haqda düşündükdən sonra qənaətə gəldiyim səbəbləri sizlərlə paylaşmaq istəyirəm.

Bunlardan biri bizim yazılarda öyrədiciliyin olmamasıdır. Necə?- deyək ki, böyük ədəbiyyata aid olan əsərlərdə sevgi bir alətdi. Yazar öz demək istədiklərini quru çıxmasın deyə bir sevgi hekayəsinin içində gizlədir. Bu halı biz azca Ordubadinin “Dumanlı Təbriz” ində görə bilərik. Lakin romanda olan yorucu dil, bu romanın dünya səviyyəsində tanınmasına əngəl olmuşdur. Əksər yazarlarımız isə sevgini əsərlərində əsas yerə qoyur. Digər hadisələr bu sevgi sujetinə xidmət edir.

İkinci- bizim din, tarix və kültürümüzü zəif bilməmiz, əsərlərimizdə bunlardan istifadə etməməyimiz. Din deyəndə qutuda ilan görmüş kimi qaçırıq. Halbuki gözəl bir məscid təsviri qurmaqla əsərlərimizə gözəllik qata bilərik. Səfillər, Dirilmə Paris- Notrdam kimi əsərlərə nəzər salsaq görərik ki, dindən bəhs edən necə gözəl əsərlər yazılıb. Kültür və tarixi isə Orhan Pamuk əsərlərində görə bilərik. “Mənim adım qırmızı” əsərində rəssamlar, onların tarixi aralarında olan münasibətlər necə gözəl təsvir olunur. Əsərdə Şərqin nəfəsi duyulur hər sözündən. Bizim yazılarmızda isə bunlara rast gəlmək mümkün deyil. Olsa da çox az. Yəni, biz anlamalıyıq ki, şərqliyik bundan xilas ola bilmərik. İnkişaf etmək istəyiriksə, öz kökümüzün üztündə bitməliyik.

Üçüncü – yazılarda təxəyyülün, fantaziyanın olmaması. Nə yazıq ki, adi məişət söhbətlətlərindən qırağa çıxa bilmirik. Muğanna öz əsərlərinə fantaziya qatmağa çalışdı, ancaq nə yazıq ki, yazdıqlarını özündən başqa kimsə anlamadı. Nəticədə heç öz ölkəsində qəbul edilmədi onun fikirləri və o, da dünya səviyyəsində bir yazar olmağı bacara bilmədi.

Bu cür fikirləri istənilən qədər artırmaq olar. Ancaq bizim millətin böyük olacağı gün Cavid, Cəfər kimi dramaturqlar dünya səviyyəsində tanınacaq. O gün deyəcəklər sən demə, Azərbaycan adlı bir məmləkətdə Şekspirdən böyük dramaturqlar yaşayıb.

Biz öz yazarlarımızı dünya arenasına çıxara bilmirik. Hər şeyin reklam olunduğu bu zamanda ədəbiyyatımızdan başqa hər şeyimizi reklam edirik. Ədəbiyyatımızı, yazarlarımızı heç öz ölkəmizdə tanıda bilmirik...

Manera.az


Baxış sayı - 2 144 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930