Kamal Aken “Qaranlıqda Sən”i təqdim etdi | MANERA.AZ
![]()
“Qaranlıqda Sən” romanı təqdimat olunub
Manera.az xəbər verir ki, BSU-nun Yaradıcılıq fakültəsinin tələbəsi, "Fırtına" yazarlarının təsisçi və rəhbəri, ADO teatrını aktyoru, Kamal Akenin “Qaranlıqda Sən” romanının təqdimat və imza günü keçirilib.
Müəllif təqdimatda Fırtına Yazarlarının yaranma tarixindən söz açmış, qələmə aldığı “Qaranlıqda Sən” romanının bəzi nüanslarına toxunub.
Tədbirin sonunda müəlliflə xatirə şəkilləri çəkilib və yazıçı jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, müəllif romantizm və realizmin çalarlarından ortaq yaratdığı bu romanda özünəməxsus üslubu ilə seçilir. Kitab çap olunduğu gündən etibərən böyük marağa səbəb olmuş və qısa zamanda geniş oxucu kütləsi qazanmışdır.
Əmrah,
Manera.az![]()