manera.az
manera.az

"Bu romana çox inanıram" - Qan Turalı |MANERA

📅 12.03.2016 20:37

"Bu romana  çox inanıram" - Qan Turalı |MANERA

MANERA.AZ xəbər verir ki, bu gün Gənc Tamaşaçılar Teatrında yazar Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib.

Tədbirdə yazarın dostları və tanınmış qələm adamları iştirak ediblər.

Qeyd edək ki, roman “Mütərcim” nəşriyyatında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunub və redaktoru Səhər Əhməddir.

Kitabın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib heç zaman yaza bilmədiyi romanının adından götürülüb.

Müəllif romandan danışaraq bildirib ki, "Fələk qırmancı" paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə bir birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid eləyirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq və onların kitabxanalarında layiqli yerlərdən birini tutacaq".

MANERA.AZ



Baxış sayı - 2 752 | Yüklənmə tarixi: 12.03.2016 20:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031