manera.az
manera.az

Kürd Mədəniyyət Mərkəzi bəyanat verib MANERA.AZ

Kürd Mədəniyyət Mərkəzi bəyanat verib MANERA.AZ
MANERAşAZ “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin BƏYANATInı təqdim edir:

2016-cı il aprelin 2-də erməni hərbi dəstələri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində müxtəlif istiqamətlərdə cəbhə xəttini keçərək, növbəti təxribat əməllərinə rəvac verib. Silahlı Qüvvələrimizin sayıqlığı nəticəsində təxribatın qarşısı alınmış və düşmənə sarsıdıcı zərbə vurulub. Ordumuz təmas xətti boyunca şimaldan cənuba bir neçə strateji əhəmiyyətli yüksəkliyi düşməndən azad edib.. Erməni tərəfi aralarında yüksək rütbəli zabitlər olmaqla yüzlərlə canlı qüvvə, onlarla hərbi texnika itirib. Düşmən itkilərini öz xalqından gizlədərək, cəbhəboyu ərazilərdə yerləşən kənd və qəsəbələrimizə ağır silahlardan atəş açıb, mülki əhali arasında günahsız insanların ölümünə səbəb olub, yüzlərlə yaşayış evinə və infrastruktura ciddi ziyan dəyib.

Aprelin 5-də tərəflərin razılığı ilə atəş dayandırılıb. Silahlı Qüvvələrimiz düşməndən azad etdikləri mövqelərdə möhkəmləndirmə işlərini davam etdirir.
Ermənistanın dünyaya yaydığı dezinformasiyanın əksinə olaraq, Azərbaycan xalqında və ordusunda yüksək qələbə ruhu vardır. Minlərlə gənc, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, paytaxt Bakıda, bölgələrdə toplaşaraq Vətən uğrunda döyüşüb şəhid olmağa hazır olduqlarını bildirir, bir çox hallarda Qarabağa - cəbhə bölgəsinə yürüş edirlər. Azərbaycan xalqı həmişə olduğu kimi, bu gün də monolit birlik nümayiş etdirərək öz Prezidentinin ətrafında yumruq kimi birləşib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləyən “Ronahi” Kürd Mədəniyyət Mərkəzi, ölkədə yaşayan bütün etnik icmalar kimi, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinə qəti etirazını bildirir. Biz bu işğal faktı ilə heç zaman barışmayacağımızı bəyan edirik. Tarixin müxtəlif dönəmlərində olduğu kimi, 20-ci əsrin sonlarında da erməni cəlladları azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və kütləvi qətliamlar zamanı kürdlərə qarşı da xüsusi amansızlıq göstərib, yaşayış məskənlərini məhv edib, onları yaşadıqları doğma ata-baba yurdlarından didərgin salıblar.

Biz - Azərbaycanda yaşayan kürdlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, əsassız ərazi iddialarını və qanlı erməni separatizmini qətiyyətlə pisləyir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazır olduğumuzu bir daha bəyan edirik.

“Ronahi” Kürd Mədəniyyət Mərkəzi

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031