manera.az
manera.az

Mingəçevir Dövlət Dram Teatrından ordumuza dəstək MANERA.AZ

                             Mingəçevir Dövlət Dram Teatrından ordumuza dəstək  MANERA.AZ


Son illər vətənpərvərlik işinin yüksək səviyyədə təşkili nəticəsində Mingəçevir Dövlət Dram teatrında bir sıra maraqlı mədəni kütləvi tədbirlərin hazırlanmışdır.

Xüsusən gənclərin hərbivətənpərvərlik ruhunda tərbiyə edilməsi, xidmət göstərən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hissinin aşılanması, xalqımızın tarixi azadlıq mücadiləsi, qəhrəmanlığını əks etdirən tamaşaların və ədəbi-bədii gecələrin hazırlanması bunun bariz nümunəsidir.

Bu ənənəni davam etdirən Mingəçevir Dövlət Dram Teatrı bu dəfə də Mingəçevir şəhər Mədəniyyət və Turizm şöbəsi ilə birgə son günlər cəbhə bölgəsində baş verən hadisələrlə bağlı tədbir keçirdi.

Tədbirdə mədəniyyət sahəsində çalışan insanlar, şəhər icra hakimiyyətinin nüməyəndəsi, həmçinin şəhər içtimayyətinin nümayəndələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədov bildirdi ki, son günlər cəbhədə qazanılan uğurlar hər bir vətəndaşımızın qəlbində sevinc hissi yaradır.

Xalqımızın birliyi, Ali Baş komandanın ətrafında sıx birləşərək hər kəsin qələbə əzminə köklənməsi, biz teatr adamlarınıda çox sevindirir. Çıxış edən Xalq artisti Zülfüqar Abbasov, teatrın baş rejissoru Xəzər Gəncəli, əməkdar artist milli qəhrəman atası Akif Mirabov, əməkdar artist Ella Yaqubova və Mingəçevir Dövlət Dram Teatrının direktor muavini Vüsal Məmmədov xalqımıza daha böyük qələbələr arzu edərək, bütün mədəniyyət sahəsində çalışan hər bir vətəndaşın ölkə başçısının qətiyyətli addımlarını dəstəklədiklərini və onun bir əmri ilə hər zaman səngərlərdə şücayətlə döyüşməyə hazır olduqlarını dilə gətirdilər.


Vüsal,
MANERA.AZ

                             Mingəçevir Dövlət Dram Teatrından ordumuza dəstək  MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031