Ordumuza dəstək mitinqi | MANERA.AZ
![]()
MANERA.AZ xəbər verir ki, bu gün Bakı Slavyan Universitetinin (BSU) professor-müəllim heyəti və tələbələrinin ordumuza dəstək mitinqi keçirilib.
İştirakçılar əllərində Azərbaycan bayrağı Dövlət himnini səsləndiriblər.
Şəhid olmuş hərbçilərimizin, dinc vətəndaşlarınmızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru, professor Asif Hacıyev və digər çıxış edənlər Qarabağ konfiliktinin tarixi və mahiyyəti barədə danışıb, ərazi bütövlüyümüzün beynəlxalq sənədlərdə əksini tapdığını qeyd edib. Ermənilərin növbəti təxribatının qarşısının ordumuz tərəfindən qəhrəmanlıqla alındığı və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, böyük zəfər qazanıldığı vurğulanıb.
Bildirilib ki, Azərbaycan bu konfiliktin sülh yolu ilə həllinə çalışır, ancaq ərazi bütövlüyünün bərpası üçün hərbi vasitələrdən istifadə etməyə də hazırdır.![]()