manera.az
manera.az

1 Aprel “Ağılsızların günü” olub... | MANERA.AZ

1 Aprel “Ağılsızların günü” olub...  | MANERA.AZ
Aprelin 1-i Beynəlxalq Gülüş Günüdür.
Manera.az xəbər verir ki, bu günün tarixi ilə bağlı bir neçə versiya var. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar, “Ağılsızların günü” adlanan bayramlar təşkil edilib. Həmin gün ölkənin hər yerində insanlar gülür və zarafatlaşırmışlar.

Daha geniş yayılmış versiyalardan biri isə 1582-ci ildə Roma papası Qriqori tərəfindən hazırlanmış “Qriqori təqvimi” ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayır, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, bəzi insanlar yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük veriblər.

Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilib. Həmin gün adamlar cəzasız qalmaqla, öz hökmdarlarını ələ sala, gündəlik davranış qaydalarını poza bilərdi. “Səfehlər kralı” və ya “Zarafatlar kralı” təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər günü”ndə maska geyinmək qayda idi. Çünki bu halda daha təhlükəsiz “xuliqanlıq etmək” mümkün olurdu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930