Roma Papası aktyor olacaq _MANERA
![]()
MANERA.AZ-ın məlumatına görə, filmin çəkilişinə 2016-cı ildə İtaliyada start veriləcək.
Film müxtəlif ölkələrin mədəniyyətlərindən bəhs edəcək və İncildə yer alan hadisələr əsasında çəkiləcək.
Filmin çəkilişinə 2016-cı ildə İtaliyada start veriləcək. Filmdən əldə edilən gəlir Argentinada risk qrupuna daxil olan uşaqlara və çətin tərbiyə edilən yeniyetmələrə yardım göstərən uşaq evlərinin hesabına köçürüləcək.![]()
Roma Papası ümumiyyətlə digər papalardan fərqlənir. O, 2015-ci ildə ilk dəfə selfi edərək “İnstaqram” səhifəsində paylaşıb. 2013-cü ildə isə Roma Papası Time jurnalının versiyasına görə ilin adamı seçilib. Həmin ildə Fransisk etiraf edərək bildirib ki, gənc vaxtında gecə klubunda mühafizəçi işləyib.
Roma Papası Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub.
Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma papası seçilib. Roma papası seçildikdən sonra Fransisk adını qəbul edib.