manera.az
manera.az

Psixoloq Eduard Ömərovla görüş olub| MANERA.AZ

📅 30.03.2016 22:38

Psixoloq Eduard Ömərovla görüş olub| MANERA.AZ


Manera.az xəbər verir ki, bu gün Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrası nəzdində “Təhsildə Sosial Psixoloji Xidmət” mərkəzinin təşkilatçılığı ilə növbəti seminar baş tutub.

“Liderlik” mövzusunda keçirilən seminarı Psixologiya üzrə üzrə elmlər doktoru, “Kvanta+” şirkətinin baş direktoru, «Опора России» Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının vitse-prezidenti və həmin təşkilatın Tümen regional şöbəsinin sədri, Rusiya Federasiyası Prezidentinin Ural Federal dairəsindəki səlahiyyətli nümayəndəsi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafına Kömək Şurasının üzvü, həmyerlimiz Eduard Ömərov aparıb.

Dəyirmi masanda giriş sözü ilə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev fəaliyyəti maraqla izlənilən həmyerlimizi salamlayaraq onun haqqında tələbələrə məlumat verib.

Psixoloq, sahibkar və ictimai xadim Eduard Ömərova gələcək fəaliyyətində yaradıcılıq uğurları arzu edən rektor qeyd edib ki, onun “Kustarlar və rokfellerlər” kitabı bir çox əməkdaş və tələbələrimizin stolüstü kitabına çevrilib.

Kitabı insanın öz potensialını dərk və kəşf etməsinə kömək məqsədiylə qələmə aldığını qeyd edən Eduard Ömərov sonra “Liderlik” mövzusunda maraqlı söhbət aparıb. Seminarda tələbələrin gələcək karyerasının inkişafında zəruri olan liderlik, konfiliktlərin həlli, ünsiyyət psixologiyası kimi məsələlər barədə müzakirələr aparılıb.

Sonda Eduard Ömərov müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Seminarda fəal iştirak edən tələbələrə Eduard Ömərov müəllifi olduğu kitabı hədiyyə edib.
Psixoloq Eduard Ömərovla görüş olub| MANERA.AZ


Baxış sayı - 2 067 | Yüklənmə tarixi: 30.03.2016 22:38
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031