Rektor “Rus dilinin səfirləri” ilə görüşdü

MANERA.AZ xəbər verir ki, Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus dili universitetinin “Rus dilinin səfirləri” layihəsinin nümayəndələrini qəbul edib.
Görüş zamanı prof. Asif Hacıyev Azərbaycanda rus dilinə göstərilən dövlət qayğısı ölkəmizdə fəaliyyət göstərən rus dilli orta və ali təhsil müəssisələri, BSU-nun rusistika sahəsində zəngin təcrübəsi barədə ətraflı məlumat verib.![]()
Daha sonra Bakı Slavyan Universitetinin Rusiyanın bir çox təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq etdiyini, müştərək təhsil və elmi layihələrin həyata kecirildiyini qeyd edən rektor Puşkin adına Universitetin “Rus dilinin səfirləri” layihəsinə də BSU-nun dəstək olacağını bildirib.
MANERA.AZ