manera.az
manera.az

BSU-da spikerlə rektor "döyüşdü" | MANERA

📅 15.03.2016 17:18

 BSU-da spikerlə rektor "döyüşdü" | MANERA

"Azərbaycanlı tələbələrin Çexiyanın müxtəlif universitetlərində təhsil almaları hər iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin daha da inkişafına böyük töhfə verəcək"

Bu fikirləri Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek Bakı Slavyan Universitetində onunla keçirilən görüşdə səsləndirib.

Yan Hamaçek qarşılıqlı əlaqələrin inkişafında atılan addımları və çex dilinin Bakı Slavyan Universitetində tədris olunmasını yüksək qiymətləndirib.

O, səfəri zamanı Azərbaycanda məhsuldar görüşlər keçirdiyini bildirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.

Qonaq Azərbaycan ilə Çexiya arasında humanitar sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin önəmini qeyd edib.

Görüşdə Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verib.

Universitetdə çex dilinin tədris olunduğunu, Çex Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Görüş ilaxır çərşənbə gününə təsadüf etdiyi üçün rektor Asif Hacıyev və tələbələr Yan Xameçikinə milli bayramımız olan Novruz və onun təamları, adət-ənənələri haqqında məlumat veriblər.

Novruz nitqinin sonunda spiker rektor Asif Hacıyevlə yumurta da döyüşdürüb.


Baxış sayı - 1 591 | Yüklənmə tarixi: 15.03.2016 17:18
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031