manera.az
manera.az

Belarusiya Respublikasının səfiri BSU-da -MANERA.AZ

📅 24.12.2015 17:50

Belarusiya Respublikasının səfiri BSU-da -MANERA.AZ
manera
Bu gün Belarusiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gennadiy Axramoviç Bakı Slavyan Universitetində (BSU) qonaq olub.

Rektor, professor Asif Hacıyev cənab səfiri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən şad olduğunu bildirib, universitetdəki tədris prosesi, fakültə və ixtisaslar, burada fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qonağı məlumatlandırıb. Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən söz açan rektor qeyd edib ki, mərkəz 2010-cu ildən bəri fəaliyyət göstərir. Professor Asif Hacıyev vurğulayıb ki, mərkəzin təntənəli açılışında Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarusiya respublikaları arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır.

Görüş zamanı Gennadiy Axramoviç səfirliyin fəaliyyətindən danışaraq bildirib ki, səfirlik təhsil sahəsinə xüsusi diqqət ayırır. Bakı Slavyan Universitetində Belarus dili və mədəniyyəti mərkəzinin olmasından və belarus dilinin tədris edilməsindən məmnunluğunu dilə gətirən səfir universitetin fəaliyyətini yüksək qiymətləndirib. Ali təhsil müəssisəsi ilə yaxından tanış olan Gennadiy Axramoviç bu tipli universitetin ölkəsində də fəaliyyət göstərməsini arzulayıb. Fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb, Azərbaycanın regionda tutduğu yüksək mövqedən danışıb. Hər iki ölkənin böyük potensiala malik olduğunu dilə gətirən Gennadiy Axramoviç qeyd edib ki, ölkələrimiz arasında münasibətlər möhkəm və davamlı xarakter alıb və bu münasibətlər gələcəyə köklənib.
Belarusiya Respublikasının səfiri BSU-da -MANERA.AZ
Sonra səfir Gennadiy Axramoviç Belarus dili və mədəniyyəti mərkəzində belarus dili üzrə təhsil alan tələbələrlə görüşüb. BSU tələbələrinin belarus dilində ifa etdiyi mahnı və şeirlər, hazırlanan səhnəciklər səfirdə xoş təssürat oyadıb. Gənclərin belarus dili və mədəniyyətini belə mükəmməl mənimsəmələrindən razılığını bilidirib, mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Aytəkin Qardaşova
MANERA.AZ


Baxış sayı - 1 853 | Yüklənmə tarixi: 24.12.2015 17:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031