manera.az
manera.az

Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERA

Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERA
MANERA.AZ-ın məlumatına görə, bu gün Bakı Slavyan Universitetində Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçə BSU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi olub.

Görüşdə BSU-nun rektoru, professor Asif Hacıyev ali qonağın Bakı Slavyan Universitetinə gəlişinindən məmnunluğunu ifadə edib, bu görüşün slavyanşünaslığın inkişafına, eləcə də ölkələrimiz arasında humanitar əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Daha sonra A.Hacıyev BSU-nun yaranması, fəaliyyəti, beynəlxalq əlaqələri barədə qonağa məlumat verib. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən regionda unikal slavyanşünaslığın mərkəzi kimi yaradılmış BSU hazırda dünyanın bir sıra universitetləri ilə sıx əlaqələr saxlayır. Burada avropaşünaslığa, o cümlədən balkanşünaslığa aid ciddi elmi araşdırmalar aparılır, alimlər, magistrantlar slavyan və digər xalqların mədəniyyətini və dilini, Azərbaycan ilə əlaqələrini öyrənirlər. Bundan əlavə, universitetdə bir çox xalqların dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rektor Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşün bu ölkənin universitetləri ilə əməkdaşlığın yaranmasına təkan verəcəyinə ümidvar olduğunu deyib.

Məlumat verilib ki, Bakı Slavyan Universitetinin elmi şurası ölkələrimiz arasında əməkdaşlığın inkişafında, mədəniyyət, elm, təhsil sahələrində əlaqələrin dərinləşməsində böyük xidmətlərinə görə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniçə BSU-nun fəxri doktoru adının verilməsi barədə qərar qəbul edib.

Daha sonra rektor Mladen İvaniçə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi ilə bağlı elmi şuranın qərarını diqqətə çatdırıb.

Ali qonağa universitetin fəxri doktoru diplomu, mantiya və hədiyyələr təqdim edilib.

Mladen İvaniç BSU-nun fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu bildirib, universitetin kollektivinə uğurlar arzulayıb. O, iki ölkənin ali məktəbləri arasında əlaqələrin qurulmasının vacibliyini vurğulayıb, bu istiqamətdə əlindən gələni edəcəyini bildirib.

Sonda universitetin tələbələri Azərbaycan və serb dillərində mahnılar oxuyublar.

Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERA
Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERA
Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERA
Bosniya və Herseqovinanın prezidenti BSU-da | MANERAБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031