manera.az
manera.az

“Qərənfil” romanı təqdim olunub | MANERA.AZ

📅 18.11.2015 10:42

“Qərənfil” romanı təqdim olunub | MANERA.AZ

Noyabrın 17-də Kitabevim.az kitab mağazasında türkiyəli yazar Osman Qazi Kandemirin "Qərənfil" romanının təqdimatı və “imza günü” keçirilib.

Qeyd edək ki, "Qərənfil" müəllifin ilk romanıdır, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edir. Türkiyədən Qarabağ savaşına qatılmış Seyfi ilə Naxçıvandan olan Reyhanın saf məhəbbəti əsərin süjet xəttini təşkil edir. Sonda Seyfi şəhid olur.

Ankarada türk dilində 2013-cü ildə nəşr olunmuş "Qərənfil" romanını Azərbaycan dilinə Minaxanım Nuriyeva-Təkləli tərcümə edib. Kitab Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə "Elm və Təhsil" nəşriyyatında çap olunub.


Baxış sayı - 2 579 | Yüklənmə tarixi: 18.11.2015 10:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031