manera.az
manera.az

BSU-da “Ölülər”ə baxılıb _MANERA

📅 12.03.2016 12:52


BSU-da  “Ölülər”ə baxılıb _MANERA
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Auditoriya+” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində Azərbaycan Milli Teatrının 143 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadənin “Ölülər“ əsəri səhnələşdirilib.

Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında təqdim olunan tamaşadan əvvəl BSU MLK-nın direktoru, dosent İlahə Carçıyeva gənc aktyorlara və təşkilatçılara minnətdarlıq edib.

MANERA.AZ-ın məlumatına görə, ADMİU-nun dosenti Məmmədsəfa Qasımovun rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa BSU tələbələri və Məktəb-Lisey Kompleksinin şagirdləri tərəfindən maraqla qarşılanıb.

Tamaşanın sonunda Billik Fondunun icraçı direktoru Oktay Səmədov tələbə aktyorların oyununu yüksək qiymətləndirib və yaradıcı kollektivə təşəkkürünü bildirib.


Baxış sayı - 1 449 | Yüklənmə tarixi: 12.03.2016 12:52
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930