manera.az
manera.az

“Hidayət” -YENİ NƏŞR

📅 09.03.2016 12:29

“Hidayət” -YENİ NƏŞR

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən növbəti yeni kitab “Hidayət” adlanır

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, görkəmli şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığının əks olunduğu bu fotoalbomda müxtəlif dəyərli fikirlər, nadir fotoşəkillər toplanıb. Azərbaycan, ingilis, rus dillərində hazırlanan kitab 3 bölmədən ibarətdir: “Ailə...İllər...Yollar”, “Sənət”, “Siyasət”. Oxucular bu kitabda Hidayət Orucovun yazıçı, incəsənət xadimi, dövlət müşaviri, səfir, ailə başçısı və yaradıcı bir insan kimi parlaq və monumental simasını görə biləcəklər.

Tərtibçi redaktoru Səfalı Nəzərli olan kitabı ingilis dilinə Aida Süleymanova, rus dilinə isə Səyavuş Məmmədzadə və Vaqif Əjdəroğlu tərcümə ediblər.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.


Baxış sayı - 1 797 | Yüklənmə tarixi: 09.03.2016 12:29
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930