“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi _MANERA
MANERA.AZ xəbər verir ki. Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə çap edilmiş Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı Bəy” romanının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə AYF-nin aparat rəhbəri Qismət Rüstəmov açıb.
Q.Rüstəmov çıxışında çap olunan kitab haqda geniş məlumat verib.
Aparat rəhbəri həmçinin bildirib ki, fond tərəfindən bu seriya üzrə kitabların çapı bundan sonra da davam etdirilərək ictimaiyyətə təqdim ediləcək.
Daha sonra çıxış edən Qarabağ qazisi Əli İsmayılov kitab barədə tədbir iştirakçılarına geniş məlumat verərək, Qarabağlı Hüseynalı Bəyin keçdiyi şərəfli həyat yolundan söhbət açıb.
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Amid Əlioğlu çıxışında qeyd edib ki, fondun başladığı kitab seriyası təqdirə layiqdir. O müəllifin kitabının Azərbaycan ədəbiyyatına töhfə olduğunu qeyd edərək, yazara uğurlar arzulayıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Nərminə xanım bu kitabın gənclərin tariximizlə yaxından tanış olması sahəsində çox uğurlu vasitə olacağını bildirərək, AYF ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıqdan məmnun olduqlarını bildirib.
Sonda çıxış edən müəllif Rövşən Asifoğlu kitabın ərsəyə gəlməsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya və AYF-yə təşəkkürünü bildirib.
Xatırladaq ki, bu kitab Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi 8-ci kitabdır.