manera.az
manera.az

İstedadlara dəstək seriasından kitablar təqdim olundu - MANERA.AZ

📅 29.10.2015 14:33

İstedadlara dəstək seriasından kitablar təqdim olundu - MANERA.AZ
manera.az
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dəstəyi Şurası və Azərbaycan Yaradıcılıq Fondunun birgə həyata keçirdiyi "İstedadlı insanlara dəstək olmaqla onların ictimaiyyətə tanıdılması üçün yeni imkanların yaradılması" layihəsi çərçivəsində (iki şeir, iki nəsr) çap olunmuş dörd kitabın təqdimat mərasimi keçirilib.
İstedadlara dəstək seriasından kitablar təqdim olundu - MANERA.AZ
MANERA.AZ xəbər verir ki, tədbiri Azərbaycan Yaradıcılıq Fondu aparat rəhbəri Qismət Rüstəmov açaraq layihə haqda geniş məlumat vermişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin müşavirliyi əməkdaşı Sərraf Hüseynov layihə çərçivəsində kitabları dərc edilən yazarları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Kitabları dərc olunan yazarlar çıxış edərək kitabın çapında əməyi keçən hər kəsə təşəkkürlərini bildirib. Daha sonra çıxış edən “525-ci qəzet”in redaktoru Seyfəddin Hüseynli, yazarlar Fəxri Uğurlu, Şərif Ağayar, Qan Turalı, Mübariz Örən AYF-nin bu layihəsini yüksək qiymətləndirib, gələcəkdə layihə çərçivəsində çap olunacaq yeni kitabları səbirsizliklə gözlədiklərini deyib və uğurlar arzu ediblər.

Qeyd edək ki, gənc nasirlər Ömər Xəyyam və İkinci Mahmud, gənc şairlər Fəridə Məmmədova və Alikin müəllifləri olduğu kitablar bu layihə çərçivəsində çapdan çıxmış ilk kitablarıdır.

Sonda AYF-nin aparat rəhbəri Qismət Rüstəmov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Şəhla
Manera.az

İstedadlara dəstək seriasından kitablar təqdim olundu - MANERA.AZ


Baxış sayı - 3 006 | Yüklənmə tarixi: 29.10.2015 14:33
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930