manera.az
manera.az

Rövşən Asifoğlunun tarixi romanı - YENİ NƏŞR | MANERA

Rövşən Asifoğlunun tarixi romanı - YENİ NƏŞR | MANERA
MANERA.AZ xəbər verir ki, Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy” tarixi romanı çap edilib.

Romanda tarixi şəxsiyyət Hüseynalı bəyin timsalında Azərbaycanın çarizm müstəmləkəsində olduğu son illər, eləcə də, Xalq Cümhuriyyətinin yaranması, süqutu və Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı dövrlərində ermənilərlə və digər qonşu millətlərlə baş verən hadisələr, həmin dövrdə maarifçiliyin fədakarlıqla təbliğ olunması, yayılması, yerli insanların vətənpərvərliyi və şücaəti öz əksini tapıb.

Eyni zamanda, Hüseynalı bəyin müasirləri olan bir sıra tarixi şəxsiyyətlər əsər boyunca işıqlandırılıb, həmin şəxsiyyətlər barədə əksər oxuculara məlum olmayan həqiqətlər və onların həyat hekayələri qələmə alınıb.

Qeyd edək ki, bu kitab Azərbaycan Yaradıcılıq Fondunun çap elədiyi 8-ci kitabdır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930