Yaradıcılıq Fondu Beynəlxalq Kitab Yarmarkasında - MANERA.AZ
![]()
/manera.az
Bu gün İstanbulda 34-cü Beynəlxalq Kitab Yarmarkasının “Yumor: Həyata gülümsəyərək baxmaq” şüarı altında açılış məramisi olacaq.
Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirak edəcəyi yarmarkaya Azərbaycan Yaradıcılıq Fondunun Aparat rəhbəri , Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparıcı məsləhətçisi, Qismət Rüstəmov da qatılacaq.
Kitab sərgisi “Büyükçekmece”dəki sərgi və toplantı mərkəzində gerçəkləşəcək. Sərgidə yerli və xarici olmaqla 600-ə qədər nəşriyyat və kitab sektorunun nümayəndəsi bir araya gələcək.
Qeyd edək ki, 34-cü Beynəlxalq İstanbul Kitab Sərgisinin ölkələr üzrə budəfəki fəxri qonağı Rumıniyadır.