manera.az
manera.az

Valkanın “çiçəklənmə” səbəbi - TƏRCÜMƏ _ MANERA


Valkanın  “çiçəklənmə” səbəbi  - TƏRCÜMƏ _ MANERA

Bunları sınamağa dəyər!

Tərcüməçidən_______

Əziz oxucu! 2016-cı il – “Multikulturalizm ili” elan olunduğu üçün dünya mədəniyyətinə, folkloruna, müxtəlif xalqların dini, milli dəyərlərinə və mental inanclarına güzgü tutmağımız lazımdır. Bu sahədə xalq təbabəti nümunələri çox maraqlıdır. Xüsusən də, rus xalqının xəstəlikləri müalicə edərkən öz inanclarından istifadə etmələri çox qədimdən dünyaya bəllidir. Sizin üçün də gərəkli olacağını düşünərək rus xalq təbabətindən nümunələri diqqətinizə çatdırırıq. Dərman vasitələrini, otlardan hazırlanan məlhəmləri qəbul edərkən oxunan duaların məzmunu çox önəmlidir. Bunları sınamağa dəyər! Ən azı bunlar qədim bir xalqın inancıdır!

Qeyd edək ki, materiallar “Maqiya i krasota” jurnalından götürülmüşdür.



Yaxşı sözlər saçlara da xoş gəlir!

Mənim rəfiqəm Vitkanın hamar, gözəl saçları vardır. Mənimki isə zəifdir və daim dağılır, düzümü pozulur. Mən ona həsəd aparırdım, sonra isə öyrəndim ki, həsəd pis şeydir. Necə eləyim ki, saçlarım gözəl olsun?
Larisa

Əziz Larisa, hər dəfə saçlarınızı yumazdan əvvəl onlara yumurta sarısı yaxın. Bundan ötrü yumurtanın ağını diqqətlə sarısından ayırın və çəngəllə yaxşıca qarışdırın. Qarışdırdığınız müddətdə üç dəfə bu sözləri təkrarlayın.

“Yumurta dağdan-dərədən keçdi, mənim yanıma düşdü, bir az yanımda qaldı, xeyirli məlhəm oldu. Üç təpə o tərəfdə, üç dərə o tərəfdə, qalın meşə bitibdir, dümdüz ağacların ucu buluda çatıbdır. Qoy mənim saçlarım da bu məlhəmdə qalsınlar, sappa-sağlam olsunlar. Məni xoşbəxt eləsin, görən heyrət eləsin”.

Sehirli vikkinq dietası

Qış günləri olmasına baxmayaraq, inzibatçı Valka birdən-birə “çiçəklənməyə” başladı – halbuki, əvvəllər onun üzü sanki çamura bulaşmış kimi görünürdü.

Mən isə qışda zəifləyirəm, rütubət və soyuq ucbatından daim qəmli ovqatda oluram. Valkadakı bu qəfil dəyişiklik mənim xeyrimə olmadı, çünki əvvəllər biz həvəslə hamının qeybətini qırırdıq, amma o, indi belə söhbətlərə qoşulmurdu. Həyatında hələ də kişinin olmamasına baxmayaraq, heç nədən şikayətlənmirdi. Birdən-birə niyə özünü kraliça kimi hiss etdiyi barədə susur və yalnız gülümsəyirdi.

Ancaq bir dəfə ona tanışlıq üçün müraciət olunanda dilləndi. Evlənmək üçün qadın axtaran 60 yaşlı kişi varlı bir məmur olmasına rəğmən Valka onu bəyənmədi. Öz “sirrini” açaraq dedi ki, sadəcə, “yaşıl dietaya” oturmuşdur. Bu hind-vikkinq magiyasının sirri ondadır ki, “rəng-enerjidir”. Rəngin enerjisi ilə yüklənən insan dəyişilir.

Valka indi canlı yaşıl rənglə dolur, başqa sözlə, yalnız yaşıl rəngli məhsullar yeyir, hətta maye kimi də yaşıl çay içir. Və hesab edir ki, iki həftə sonra yaşıl dietanın təsirindən “yaşıl rəngli enerji” ona qoşulmuşdur, bu enerji onun dünyagörüşünü də dəyişdirmişdir. Əvvəl ağladığı hallarda indi gülür, əvvəl özünü yazıq hiss etdiyi hallarda artıq təskinlik tapır. Dünyagörüşü dəyişmişdir – cavan və yaxşı görünür. Magiya məsələsinə gəldikdə isə, o hazır yeməyin üzərində 7 dəfə bu sözləri təkrarlayır:

“Təbiətin gözəl yazı, qəşəng qızı, qovuş mənə, tənbəllik yaraşmaz sənə, soyuğa baxma, gəl yanıma, gözəllik hopdur canıma, həyat sevgisi doldur qanıma!”
Valka elə qürrələnirdi ki, 60 yaşlı kişi ilə tanış olmaqdan imtina etdi (onun 46 yaşı vardır) və cavan bir oğlanla tanış oldu. Belə olduqda mən də dietaya oturdum. Amma Valka bu dietadan yalnız hava tutqun və soyuq olduqda istifadə edir, isti günlərdə onun yeməyi başqa cür olur.

Mən də daimilik olaraq “yaşıl dietaya” dözə bilmirəm, bibər, pomidor da yeyirəm, bananın, kolbasanın da dadına baxıram. Amma hər halda dietanın effekti olur. Belə ki, bir ay keçəndən sonra mənim görünüşüm yaxşılaşdı və mən özümü 15 il cavan hiss elədim.

Marina Osipova
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
1234567
891011121314
15161718192021
22232425262728
2930