manera.az
manera.az

Quranın ən qədim nümunələri tapılıb | MANERA.AZ

📅 25.07.2015 12:55

Quranın ən qədim nümunələri tapılıb | MANERA.AZ
Böyük Britaniyanın Birminqham Universitetində Quranın ən qədim nümunələri tapılıb.

Qoyun və ya keçi dərisinə yazılmış nümunələrin 1370 il yaşı olduğu bildirilir.

BBC-nin məlumatına görə, bu nümunələr 1920-ci illərdə İraqdan gətirilib.

Qədim ərəb əlifbası ilə yazılmış əlyazmaların 568 və 645-ci illərə aid olduğu təxmin edilir.

Deyilənlərə görə, Məhəmməd Peyğəmbərə vəhy gəlir və 610-632-ci illər arası Quranı yaradır.

Bu nümunələrin Quranın tamamlanması, kamil olmasından əvvəl yazıldığı güman edilir.

Xristianlıq və islam üzrə professor David Thomas hesab edir ki, bu nüsxələr bizi faktiki İslamın yarandığı illərə yaxınlaşdıra bilər.

Professor hesab edir ki, bu nüsxələri yazan adam yəqin ki, peyğəmbəri tanıyırmış və çox güman ki, onu görüb və moizələrini eşidib.


Baxış sayı - 1 733 | Yüklənmə tarixi: 25.07.2015 12:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031