Azərbaycan 20-ci beynəlxalq kitab festivalında təmsil olunub
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, Pen–klubun prezidenti Çingiz Abdullayev Fransanın Turen Departamentində təşkil olunmuş 20-ci beynəlxalq kitab festival-yarmarkasında ölkəmizi fəxri qonaq statusunda təmsil edir.
Turen–Avropa Mədəniyyət və Kommunikasiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda Fransa Elmlər Akademiyasının prezidenti və üzvləri, İsveç Akademiyasının və Nobel ədəbiyyat mükafatı komitəsinin prezidenti, tanınmış dövlət və elm xadimləri, yazıçılar iştirak ediblər. Altmış mindən çox oxucunun ziyarət etdiyi festival-yarmarkada iştirak edən yazıçıların kitabları onların avtoqrafları ilə təqdim olunub.
Festivala dəvətin əsas meyarlarından biri yazıçıların əsərlərinin fransız dilində nəşr edilməsidır.
Xatırladaq ki, detektiv janrında yazılmış onlarla bestsellerin müəllifi, hüquq elmləri doktoru Çingiz Abdullayevin əsərləri 29 dildə nəşr edilərək müəllifinə dünyada böyük şöhrət qazandırıb.