manera.az
manera.az

BSU-nun məzunu Fransa səhnəsində _MANERA

📅 12.02.2016 15:57

BSU-nun məzunu Fransa səhnəsində _MANERA
MANERA

Bu gənc Fransanın “The Voice” müsabiqəsindən dünyaya səs salan azərbaycanlı Arazdır.

O, "Ay Laçın" mahnısını gitarada ifa etməyi xüsusilə çox sevir. Deyir ki,bu mahnı ona Vətəni, böyüdüyü doğma Bakını, ailəsini xatırladır. Araz azərbaycanlı olması ilə fəxr edir, hər yerdə bunu qürurla söyləyir

Fransanın “The Voice” yarışmasının iştirakçısı Araz Hümbətli: "Çox çalışıram ki, Azərbaycanın adını Fransaya, bütün dünyada tanıtdırım. Bu, mənim əsas məqsədimdir. Nə qədər ki, bu əllərdə qüvvə var, Azərbaycan bayrağının hər zaman uca qadırmağa çalışacağam".

Ailə üzvləri Arazın kiçik yaşlarından müsiqiyə böyük sevgisi olduğunu deyir. Araz, 11 yaşından saksafon dərsləri alıb. İlk gitarası 14 yaşı olanda alınıb. Sonra pianoya həvəs göstərib. İstedadına görə yaxın ətrafı onu "balaca Elvis Presli" adlandırırmış.

Araz Slavyan Universitetinin ingilis dili fakültəsini bitirib. Yolunun Fransadan keçməsinə səbəb isə Arazın Bakıda tanış olduğu fransalı Pyera ilə ailə həyatı qurmasıdır. O artıq 2 ildir Fransada yaşayır, mahnı yazır, konsertlər verir, musiqi məktəbində dərs deyir. Bir neçə alətdə sərbəst çalır.

“The Voice” müsabiqəsində oxuduğu Kris İsaakın "Wicked" kompozisiyasını da məhz tarla daha da zənginləşdirib. UNESCO-nun bəşəriyyətin Qeyri-maddi mədəni irs siyahısına daxil etdiyi Azərbaycan tarı Arazın ifasının ayrılmaz hissəsidir.

Araz Fransa səhnəsindəki bütün çıxışlarında milli elementlərdən istifadə edir. Hər ifasında mikrofona kəlağayı bağlayır. O hesab edir ki, insan oz xalqını və dövlətini mümkün olan hər bir vasitə ilə təbliğ etməlidir. Həmyerlimiz Fransa səhnələrində sadəcə Araz kimi deyil, "Azərbaycanlı Araz" kimi oxuyur.

Araz "Fransanın Səsi"ndəki növbəti çıxışlarında ˝Alagöz” və “Ay, Laçın” mahnılarını da ifa edəcək.


Baxış sayı - 1 659 | Yüklənmə tarixi: 12.02.2016 15:57
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031